BURADA REKLAMINIZ OLA
BİLƏR

“Milyonerlər məhəlləsi”ndə baş verən yanğın söndürülüb – VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Binəqədi rayonunda köhnə tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.

 

O, bildirib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin texnika və şəxsi heyəti cəlb edilib.

 

Qərargah rəisi bildirib ki, 1000 kv metr tikilinin 400 kv metri yanıb, o cümlədən yanğının tikilinin qalan sahəsinə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısın alınıb:

 

“Bəzi nöqtələrdə tüstüləmələr müşahidə olunsa da, yanğın söndürülüb. Vətəndaşlardan xəsarət alan olmasa da, iki əməkdaşımız yüngül xəsarət alıb. Dəymiş ziyan və yanğının baş vermə səbəbi araşdırılıdıqdan sonra məlum olacaq”.

 

TƏBİB-dən bildirilib ki, bu gün saat 13:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə “Nəsimi" metrostansiyasının yaxınlığında baş verən yanğın səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərə (kişi) yerində yardım olunub.

 

***

 

13:22

 

Bakı şəhəri, Binəqədi rayonunda, “Milyonerlər məhəlləsi” adlanan ərazidəki köhnə fabrikdə yanğın başlayıb.

 

Pravda.az oxu.az-a istinadən xəbər verir ki, hadisə metronun “Nəsimi” stansiyası yaxınlığında qeydə alınıb.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi istiqamətində işlər görürlər.

 

Hadisə yerindən görüntünü təqdim edirik:

 

 

 

Tarix: 18 Avqust 2026, 15:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin