ABŞ-ın keçmiş konqresmeni Marjori Teylor Qrin ABŞ administrasiyasının İranla bağlı strategiya toplantılarında nüvə silahından istifadə imkanını müzakirə etdiyini bildirib. Qrin qeyd edib ki, belə bir qərar qəbul edilərsə, bunun nəticələri yalnız ABŞ və İranla məhdudlaşmaya, daha geniş regional və qlobal qarşıdurmaya səbəb ola bilər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən politoloq Rəşad Bayramovun sözlərinə görə, Donald Trampın İrana qarşı nüvə silahından istifadə ehtimalının gündəmə gəlməsi ABŞ–İran qarşıdurmasının nə qədər təhlükəli mərhələyə çatdığını göstərir.
O bildirib ki, hazırkı məlumatlar nüvə zərbəsi barədə konkret siyasi qərarın qəbul edildiyini deməyə əsas vermir: “Nüvə variantının yüksək səviyyəli müzakirələrdə nəzərdən keçirildiyi barədə iddialar olsa da, bunların əsas hissəsi siyasi şəxslərin açıqlamalarına və mediada yayılan məlumatlara söykənir. Tramp isə daha əvvəl İrana qarşı nüvə silahından istifadə etməyəcəyini açıq şəkildə bildirmişdi. Buna görə də hazırkı mərhələdə söhbət nüvə silahından istifadə qərarından deyil, onun mümkünlüyünün siyasi və psixoloji təzyiq vasitəsinə çevrilməsindən gedir”.
Politoloq onu da əlavə edib ki, Trampın əsas məqsədi İranın nüvə proqramını tamamilə dayandırmaq və Tehranın nüvə silahına sahib olmasının qarşısını almaqdır: “ABŞ-ın son hərbi əməliyyatlarının İranın nüvə proqramını tamamilə aradan qaldırmadığı barədə qiymətləndirmələr Vaşinqtonun qarşısında daha mürəkkəb seçim qoyur. Bu vəziyyətdə nüvə silahı haqqında danışılması İrana daha dağıdıcı variantlara əl atıla biləcəyinə dair mesaj verməklə onu danışıqlarda güzəştə məcbur etmək məqsədi daşıya bilər. Nüvə silahından real istifadə isə tamam başqa məsələdir. Belə bir addım ABŞ-ın indiyədək formalaşdırdığı nüvə çəkindirmə və beynəlxalq təhlükəsizlik arxitekturasına ciddi zərbə vura bilər. İran ərazisində nüvə silahının tətbiqi təkcə İranın cavab reaksiyasını deyil, regiondakı ABŞ hərbi bazalarının, İsrailin, Körfəz ölkələrinin və beynəlxalq enerji infrastrukturunun hədəfə çevrilməsi riskini də artırar. Bundan başqa, beynəlxalq birlik, xüsusilə Rusiya, Çin və digər nüvə dövlətləri hadisəni ABŞ-ın nüvə həddini aşağı salması kimi qiymətləndirə bilər”.
R.Bayramov vurğulayıb ki, ən ciddi nəticələrdən biri isə nüvə silahının istifadəsinin presedent yaratması olardı: “ABŞ nüvə silahını nüvə silahına malik olmayan dövlətə qarşı tətbiq etsə, digər ölkələr üçün “nüvə silahına sahib olmaq özünü qorumağın yeganə təminatıdır” düşüncəsini gücləndirə bilər. Bu isə Yaxın Şərqdə və eləcə də dünyada nüvə silahlanması yarışını sürətləndirə bilər. Bu səbəbdən nüvə variantının hazırda daha çox maksimum təzyiq və çəkindirmə aləti olması ehtimalı onun real istifadəsindən daha yüksəkdir. Trampın sərt ritorikası qarşı tərəfi qorxutmaq və danışıqlarda üstünlük əldə etmək üçündür. Lakin problem ondadır ki, belə ritorikanın özü də təhlükəlidir, çünki təzyiq məqsədilə həddən artıq sərt mövqe nümayiş etdirilməsi prosseslərin nəzarətdən çıxmasına səbəb ola bilər. Odur ki, nüvə zərbəsini hazırda mümkün hesab etmirəm. Amma istənilən halda nüvə zərbəsi ehtimalının siyasi diskursa daxil olması belə ABŞ–İran qarşıdurmasının əvvəlkindən daha təhlükəli mərhələyə keçdiyini göstərir”.
Şəhanə Qədirli
15 Sentyabr 16:21
15 Sentyabr 16:15
15 Sentyabr 16:04
15 Sentyabr 15:57
15 Sentyabr 15:48
15 Sentyabr 15:44
15 Sentyabr 15:43
15 Sentyabr 15:37
15 Sentyabr 15:35
15 Sentyabr 15:15
15 Sentyabr 15:12
15 Sentyabr 15:09
15 Sentyabr 15:08
15 Sentyabr 15:05
15 Sentyabr 14:59
15 Sentyabr 14:55
15 Sentyabr 14:49
15 Sentyabr 14:45
15 Sentyabr 14:41
15 Sentyabr 14:35
15 Sentyabr 14:32
15 Sentyabr 14:30
15 Sentyabr 14:28
15 Sentyabr 14:18
15 Sentyabr 14:13
15 Sentyabr 14:11
15 Sentyabr 14:09
15 Sentyabr 14:08
15 Sentyabr 13:54
15 Sentyabr 13:16
15 Sentyabr 13:13
15 Sentyabr 13:01
15 Sentyabr 12:59
15 Sentyabr 12:30
15 Sentyabr 12:27
15 Sentyabr 12:25
15 Sentyabr 12:24
15 Sentyabr 12:14
15 Sentyabr 11:58
15 Sentyabr 11:46
15 Sentyabr 11:34
15 Sentyabr 11:19
15 Sentyabr 11:06
15 Sentyabr 10:55
15 Sentyabr 10:45
15 Sentyabr 10:39
15 Sentyabr 10:36
15 Sentyabr 10:25
15 Sentyabr 10:19
15 Sentyabr 10:10
15 Sentyabr 10:09
15 Sentyabr 09:53
15 Sentyabr 09:37
15 Sentyabr 09:31
15 Sentyabr 09:16
15 Sentyabr 09:06
15 Sentyabr 09:00
15 Sentyabr 08:57
15 Sentyabr 08:46
15 Sentyabr 08:44
15 Sentyabr 08:41
15 Sentyabr 08:25
15 Sentyabr 08:24
15 Sentyabr 08:19
15 Sentyabr 08:11
15 Sentyabr 08:04
15 Sentyabr 07:48
15 Sentyabr 07:41
15 Sentyabr 07:37
15 Sentyabr 06:59
15 Sentyabr 06:37
15 Sentyabr 06:34
15 Sentyabr 06:29
15 Sentyabr 06:27
15 Sentyabr 01:19
15 Sentyabr 01:16
14 Sentyabr 21:00
14 Sentyabr 20:13
14 Sentyabr 19:47
14 Sentyabr 19:04
14 Sentyabr 19:02
14 Sentyabr 18:52
14 Sentyabr 18:41
14 Sentyabr 18:32
14 Sentyabr 18:29
14 Sentyabr 18:25
14 Sentyabr 18:15
14 Sentyabr 18:14
14 Sentyabr 18:10
14 Sentyabr 18:08
14 Sentyabr 18:00
14 Sentyabr 17:45
14 Sentyabr 17:41
14 Sentyabr 17:35
14 Sentyabr 17:32
14 Sentyabr 17:21
14 Sentyabr 17:18
14 Sentyabr 17:16
14 Sentyabr 17:12
14 Sentyabr 16:57
14 Sentyabr 16:53
14 Sentyabr 16:47
14 Sentyabr 16:43
14 Sentyabr 16:35
14 Sentyabr 16:29
14 Sentyabr 16:26
14 Sentyabr 16:16
14 Sentyabr 16:07
14 Sentyabr 16:05
14 Sentyabr 15:54
14 Sentyabr 15:52
14 Sentyabr 15:42
14 Sentyabr 15:40
14 Sentyabr 15:40
14 Sentyabr 15:37
14 Sentyabr 15:36
14 Sentyabr 15:35
14 Sentyabr 15:32
14 Sentyabr 15:29
14 Sentyabr 15:25
14 Sentyabr 15:24
14 Sentyabr 15:21
14 Sentyabr 15:16
14 Sentyabr 15:15
14 Sentyabr 15:11
14 Sentyabr 15:09
14 Sentyabr 15:05
14 Sentyabr 14:57
14 Sentyabr 14:47
14 Sentyabr 14:43
14 Sentyabr 14:33
14 Sentyabr 14:28
14 Sentyabr 14:24
14 Sentyabr 14:15
14 Sentyabr 14:12
14 Sentyabr 14:03
14 Sentyabr 14:00
14 Sentyabr 13:56
14 Sentyabr 13:41
14 Sentyabr 13:32
14 Sentyabr 13:29
14 Sentyabr 13:13
14 Sentyabr 13:06
14 Sentyabr 13:01
14 Sentyabr 12:50
14 Sentyabr 12:43
14 Sentyabr 12:38
14 Sentyabr 12:35
14 Sentyabr 12:31
14 Sentyabr 12:26
Ən son xəbərləri səhifəmizdən də izləyin