BURADA REKLAMINIZ OLA
BİLƏR

Roberto Karlos islam dinini qəbul etdi – FOTO

Braziliya və dünya futbolunun əfsanəvi simalarından, bir dönəm Türkiyənin “Fənərbağça” klubunun futbolçusu olmuş Roberto Karlosun İslam dinini qəbul etdiyi iddia olunub.

 

Pravda.az Bakupost.az-a istinadən xəbər verir ki, Braziliyada tanınan din xadimlərindən Şeyx Cihad Həmmadə məşhur futbolçunun uzun müddətdir onunla əlaqə saxladığını bildirib.

 

Həmmadənin sözlərinə görə, Roberto Karlos təxminən 4 həftə əvvəl onunla görüşüb və kəlmeyi-şəhadət gətirərək İslamı qəbul edib.

 

İddialara görə, keçmiş futbolçu daha sonra Mərakeş əsilli Souhila Əl-Təhri ilə evlənib.

 

İslam qaydalarına uyğun keçirildiyi bildirilən nikah mərasimini isə Şeyx Cihad Həmmadə həyata keçirib.

 

BakuPost

 

Tarix: 18 Avqust 2026, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin