BURADA REKLAMINIZ OLA
BİLƏR

Mebel evinin anbarlarından 96 minlik oğurluq edən daha bir şəxsə hökm oxundu

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Rəşid Əkbərovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. 

 
İttihama görə, hadisə 2022-ci ildə müxtəlif vaxtlarda şirkətlərdən birinə məxsus olan “Evim AVM” mebel evinin Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində və Xalçaçılığın arxasında yerləşən anbarlarında qeydə alınıb.
 


Belə ki, Rəşid Əkbərov tanışları Məmməd Əsədov, İslam Mayılov, Mədət Hüseynov (hər üçünün ad, soyadı şərtidir) anbarlara qapısının açılması yolu ilə qanunsuz daxil olublar. Onlar ümumilikdə 96 270 manat dəyərində əmlakı gizli olaraq talayıblar. 

 

Daha sonra hər üç şəxs saxlanılıb. 
 


Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məmməd Əsədov, İslam Mayılov, Mədət Hüseynovun hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

 

Türkiyəyə qaçan Rəşid Əkbərov isə sonradan tutularaq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 19 Avqust 2026, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin