BURADA REKLAMINIZ OLA
BİLƏR

Orxan İbadov: “Azərbaycanın xaricdə adam içinə çıxarılası alimi yoxdur”

“Azərbaycanda normal alim yoxdur, tərcüməçilərdir, oradan köçürür buraya, buradan köçürür oraya. Deyirlər, alimlərimiz var. Hanı o alimlər? Hansı sahədə alim var? Ölçülməyən sahələrdə alim var. Məsələn, Nəsrəddin Tusinin həyat və yaradıcılığı üzrə alim. Dünyada Tusini kim araşdırır ki? Belə olan halda, dünya səviyyəli alim olacaq. Məhəmməd Füzuli irsinin araşdırılması üzrə alim... Araşdırsın, yaxşıdır, onun dünya səviyyəsində rəqibi yoxdur, ona görə alim kimi görünür”.

 

Pravda.az-ın xəbərinə görə, bunu dünya üzrə yaddaş çempionu Orxan İbadov bildirib.

 

O.İbadov qeyd edib ki, dünyada ölçülə bilən mövzular üzrə Azərbaycanın alimləri heç Gürcüstana gedib çıxa bilməzlər: “Konkret indekslər var, onu gizlətmək olmaz ki... Azərbaycanın xaricdə adam içinə çıxarılası alimi yoxdur. Bu, həqiqətdir. Ölkənin sənaye və digər sahələrindəki inkişafdan da bunu görmək olar, alim olsaydı, nailiyyətlərindən istifadə olunardı.

Tarix: 19 Avqust 2026, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin