BURADA REKLAMINIZ OLA
BİLƏR

“28 May-Nizami” xətti bağlıdır, yollarda isə təmir işləri görülür: Bəs sürücülər niyə cərimələnir? - Deputatdan AÇIQLAMA

Bakı metrosunun “28 May-Nizami” xəttində hərəkətin dayanması artıq yeni tədris ili ərəfəsində yerüstü nəqliyyatda sıxlıq yaratmağa başlayıb. Paralel olaraq şəhərin mərkəzi küçələrində aparılan təmir işləri də avtomobillərin hərəkətini çətinləşdirib. Bununla bərabər, sürücülərin yol hərəkəti zamanı cərimələnmələri də etirazları artırıb. Təmir işləri başa çatanadək güzəştlər edilməsi təklif olunur.

 

Bu barədə Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, “28 May–Nizami” layihəsinin icrası müddətində Bakı şəhərində bir sıra yollar daha da yüklənəcək.

 

Deputatın sözlərinə görə, genişmiqyaslı təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər zamanı sürücülər rəsmi tövsiyə olunan alternativ yollardan istifadə edirlər: “Lakin buna baxmayaraq sürücülərin cərimələnmələri halları adətən müvəqqəti nişanların tələblərinin pozulması, avtobus zolaqlarına daxilolma və ya icazə verilməyən istiqamətlərə manevr edilməsi səbəbindən baş verir. Düşünürəm ki, bu, vətəndaşlar üçün ciddi narahatlıq yaradacaq, çünki layihənin yekunlaşması 10-11 ay üçün nəzərdə tutulub. Doğrudur, bu layihə Bakı metrosunun genişlənməsi baxımından prinsipial əhəmiyyət daşıyır. Yeni stansiyalar tikildikcə onların xidmət göstərəcəyi qatarların saxlanılması, texniki xidməti və dövriyyəsi üçün müvafiq depoların olması zəruridir. Metro tikintisinin əsas paradoksu bundan ibarətdir ki, infrastrukturu yaxşılaşdırmaq üçün müəyyən müddət ərzində həmin infrastruktura çıxışı məhdudlaşdırmaq lazım gəlir. Qarşıda isə yeni tədris ili  başlayacaq. Bununla əlaqədar  6 yeni ekspres marşrut müxtəlif istiqamətlərdə fəaliyyət göstərəcək. Lakin hələ də maşrut sayının artırılmasını zəruriləşdirən istiqamətlər də var. Nəzərə alsaq ki, metronun yükünü yerüstü ictimai nəqliyyat daşıya bilməz, bununla belə yeni ekspres marşrut xəttlərinin sayı çoxaldılmalıdır”.

 

Aytəkin Qardaşova

Tarix: 19 Avqust 2026, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin