BURADA REKLAMINIZ OLA
BİLƏR

Tiflisdən Bakıya bilet almaq üçün 3 həftə gözlədim: Gecə saat 4-də

Aparıcı Aytən Səfərova ailəsi ilə birlikdə Gürcüstana səfər edib.

 

Pravda.az axşam.az-a istinadla xəbər verir ki, aparıcı Tiflisdən Bakıya necə qayıtması ilə bağlı sualları cavablayıb.

 

A.Səfərova Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) bilet əldə edə bilmək üçün həftələrlə gözləməli olduğunu açıqlayıb:

 

“Azərbaycan Dəmir Yolları QSC-nin saytını ailəmlə birlikdə həftələrlə izlədik. Düz 3 həftə sonra, gecə saat 4-də biletlərə giriş açıldı və biz biletləri əldə etdik. Düz 3 telefonla daxil olduq və ödənişi etdik. Nə qədər insan gözləyir və qatarlar boş qayıtmır”.

Video Oynadı
Tarix: 19 Avqust 2026, 15:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin