BURADA REKLAMINIZ OLA
BİLƏR

Gecə dəriyə qulluq necə olmalıdır? - Sağlam və parlaq dəri üçün bunları edin

Gün ərzində müxtəlif xarici təsirlərə məruz qalan dərinin sağlamlığını qorumaq üçün gecə qulluğu da vacibdir.


Pravda.az bildirir ki, yatmazdan əvvəl düzgün qulluq dərinin nəmlənməsinə və daha canlı görünməsinə kömək edə bilər.


Makiyajınızı mütləq təmizləyin


Makiyaj dəridə qaldıqda məsamələrin tıxanmasına və qara nöqtələrin yaranmasına səbəb ola bilər. Buna görə yatmazdan əvvəl dərini makiyaj və gün ərzində toplanan kirdən yaxşıca təmizləmək lazımdır.
 

Tonikdən istifadə edin


Tonik dərinin yağ balansını tənzimləməyə və məsamələrin daha təmiz görünməsinə kömək edə bilər. Dərini toz və kirdən təmizləmək üçün tonikdən müntəzəm istifadə tövsiyə olunur. Gül suyundan təbii tonik kimi istifadə edə bilərsiz.


Nəmləndiricini unutmayın


Xarici amillər dərinin qurumasına səbəb ola bilər. Dərinin nəm balansını qorumaq üçün müntəzəm olaraq nəmləndirici krem tətbiq etmək vacibdir. Yağsız nəmləndiricilərə üstünlük verilməsi tövsiyə olunur.


Göz ətrafına qulluq edin


Göz ətrafındakı dəri daha nazik və həssasdır. Bu nahiyənin nəmləndirilməsi üçün göz kremindən istifadə etmək tövsiyə edilir. Kremi gözün iç küncündən başlayaraq üzük barmağı ilə yüngül hərəkətlərlə çəkmək olar.


Yastıq üzlərini mütəmadi dəyişin


Yastıq üzlərində zamanla kir və toz toplana bilər. Buna görə onların həftədə bir-iki dəfə dəyişdirilməsi məsləhət görülür.


Əminə Bayramova 

Tarix: 19 Avqust 2026, 18:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin