BURADA REKLAMINIZ OLA
BİLƏR

“Milla” dondurmaları kiflənib? – RƏSMİ CAVAB

Məlum olduğu kimi, marketdən alınan “Milla” markalı dondurma kiflənmiş çıxıb. Vətəndaş bildirib ki, dondurmanın yararlılıq müddəti keçməsə də, məhsulun üzərində kif olub. Bu hadisədən sonra bir çox vətəndaş belə halla qarşılaşdığını bildirib. Bu isə dondurmalara nəzarətin olub-olmaması məsələsini gündəmə gətirib.

 

Məsələ ilə bağlı Pravda.az AQTA-ya sorğu ünvanlayıb. AQTA-dan bildirilib ki,  Qida Təhlükəsizliyi Agentliyi "Milla" markalı dondurma məhsulunda kif aşkarlanması ilə əlaqədar mediadan daxil olan sorğu əsasında araşdırma aparıb.

 

Məlumatda qeyd edilib ki, Abşeron rayonunun Hökməli qəsəbəsində fəaliyyət göstərən “Milla Dairy” MMC-yə məxsus süd və süd məhsullarının istehsalı müəssisəsinə baxış keçirilib.

 

“Baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunduğu, sanitar-gigiyenik qaydalara və məhsulun saxlanma şərtlərinə riayət edildiyi müəyyən olunub. Eyni zamanda qeyd olunan dondurmanın ekspertiza aktı təqdim edilib. Məhsula orqanoleptik baxış zamanı kiflənmə halına və yad cismə rast gəlinməyib. İstehsal müəssisəsindən başqa, məhsulun alındığı qeyd edilən Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. ev 108m ünvanında yerləşən (Dəniz mall-ın daxilində) "Bravo" marketə baxış keçirilib. Baxış zamanı şikayətdə qeyd olunan şübhəli məhsula baxış keçirilib, hər hansı uyğunsuzluq aşkar edilməyib. Məhsulun temperatur rejiminə və saxlanma şəraitinə əməl edildiyi məlum olub. Məhsulun müşayiətedici sənədləri müfəttişə təqdim olunub. Bununla belə, Agentlik tərəfindən süd və süd məhsullarının, o cümlədən dondurma məhsulunun saxlama şəraiti ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib”.

 

Şəhanə Qədirli

Tarix: 20 Avqust 2026, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin