BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə ona yaxınlaşan şəxsləri bıçaqlayaraq cəzası ağırlaşdırılan kişi ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Oqtay Mahmudovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 09 mart 2024-ci il tarixdə, saat 18:30 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, Oqtay Mahmudov həmin ərazidə yaşayan zərərçəkmişlər - Aydın Hacıyev və onun dostu Taleh Məmmədov (hər ikisinin soyadları şərti) ona yaxınlaşıblar. Onlar təqsirləndirilən şəxsdən həmin ünvana gəlməsinin səbəbini soruşub. Bu zaman o, üzərindəki bıçaqla Aydın və Talehi bıçaqlayaraq onlara xəsarət yetirib.

 

Hadisədən sonra Oqtay Mahmudov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə ləğv olunub. Oqtay Mahmudovun 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 8 il 6 aya qaldırılıb. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 20 Avqust 2026, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin