BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB: Həmin yer istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil

TƏBİB 6 saylı Uşaq Kliniki Xəstəxanasında antisanitariya vəziyyətini əks etdirən görüntülərə aydınlıq gətirib.

 

Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir.

 

“Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmirlər” – məlumatda qeyd olunub.

 

Xatırlatma: 6 saylı Uşaq Kliniki Xəstəxanası barədə görüntüləri jurnalist Ramilə Qurbanlı yayıb.

 

Aytəkin Qardaşova

Tarix: 21 Avqust 2026, 11:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin