BURADA REKLAMINIZ OLA
BİLƏR

Fazil Mustafa: “Miqrasiyanı faciəvi proses kimi göstərmək yanlışdır”

“İşsizliklə bağlı məsələ, məşğulluq problemi tək Azərbaycanın deyil, bütün dünya ölkələrinin problemidir. Əmək bazarında çox sürətli texnoloji dəyişikliklər baş verir. Ona görə də bir çox ixtisaslar əhəmiyyətini itirir. Çində 12 min humanitar ixtisas ləğv olunub, onun əvəzinə yeni texnologiya, süni intellekt üzərindən olan ixtisaslar tətbiq olunmağa başlayıb. Bu həm də böyük bir məşğulluq probleminin yaranması deməkdir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa işsizliyə görə Azərbaycanı tərk edənlərin sayının kəskin artması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

 

F.Mustafa qeyd edib ki, fəaliyyət göstərən insanların müəyyən alternativ əmək bazarında iş yerləri tapması üçün də müəyyən dövlət proqramları həyata keçirilir: “Burada heç zaman heç bir dövlətdə ideal vəziyyət olmur. Hər bir dövlət çalışır ki, işsizliyin, yoxsulluğun səviyyəsi aşağı ensin. Bizdə də bu istiqamətdə ciddi  bir dövlət proqramları həyata keçirilir. Ona görə də bunu qlobal, hansısa bir böyük problem olaraq göstərmək yanlışdır. Elə ixtisaslar var ki, xaricdə işləmək sərf edir, insanlar ona görə ölkəni tərk edib orada iş tapırlar. Yəni elə sahələr var ki, artıq bizim özümüzdə o texnoloji sahələr yaranırsa, bura insanların marağı artmağa başlayır. Ona görə bunu birmənalı şəkildə, faciəvi proses kimi göstərmək yanlışdır. Miqrasiya hər bir ölkənin problemidir. Rusiyada və ya Moldovada vəziyyət bundan yaxşıdırmı? Bu sualları da vermək lazımdır. Hamısında eyni problemlər var. Elə ölkələr var ki, işçi qüvvəsi çatışmır. Məsələn, Latviya bizim kimi ölkələrdən işçi qüvvəsi almağa maraqlıdır. Həmçinin başqa ölkələrdə də eyni vəziyyət yaranır. Fərqli ölkələrdə fərqli problemlər üzə çıxır və hər ölkə bunu öz imkanlarına görə tənzimləməyə çalışır”.

 

Şəhanə Qədirli

Tarix: 21 Avqust 2026, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin