BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” işğaldan azad olunan ərazilər üçün 26.8 milyon ayırdı - Vəsait iki şirkətə veriləcək

Xocalı rayonunun Almalı, Mehdibəyli, Aşağı Qılıçbağ, Çanaqçı, Pirlər, Dağyurd, Qarabulaq və Qarakötük, Xocavənd rayonunun Güneyxırman, Quzeyxırman, Güneyçartar, Xanoba və Kiş, Ağkənd, Qarakənd, Yenikənd, Heşan, Xocavənd, Qarazəmi, Quzumkənd, Qarqar, Cütcü, Tağaverd və Arakül yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması işlərinə 26 316 253 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, vəsaiti “Azərişıq” ASC ayırıb.

 

İşləri 2 şirkət – “Harmony İndustrial Construction and Engineering Group” MMC və “19 Saylı Tikinti Təmir İdarəsi” MMC görəcək.

 

Salyan rayonu, Qarabağlı kəndi ərazisində 6 kV-luq SİP-3 hava xəttinin, KTM-lərin və 0,4 kV-luq elektrik şəbəkəsinin ÖİN xətlərlə yenidənqurulması işlərinə isə 4 493 079 AZN xərclənəcək. Bu işi isə “Rusnur Construction” MMC görəcək.

 

ASC-nin MMC-lərlə bağladığı müqavilələr üzrə satınalma prosedurları dövlət satınalmalarının internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 21 Avqust 2026, 12:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin