BURADA REKLAMINIZ OLA
BİLƏR

AQTA-dan mağazalarda satılan dondurmalarla bağlı AÇIQLAMA

Daha çox mövsümi istehlak edilən dondurmalarla bağlı dövri olaraq mütəmadi qaydada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət və tənzimləmə tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri çərçivəsində satışda olan dondurmalardan nümunələr götürülərək laboratoriyalarda müayinələrə cəlb olunur. Sınaq nəticələrində uyğunsuzluq aşkar edildiyi təqdirdə, qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri tədbirlər görülməkdədir.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirib.

 

Qeyd olunub ki, istehlakçılar dondurma alarkən mütləq şəkildə istehsal tarixi, yaralılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi, saxlanma şəraitinə və “Qida təhlükəsizliyi haqqında” qanununda gostərilən digər etiket tələblərinin movcudluguna diqqət yetirməlidirlər.

 

“İstehlakçılar dondurma məhsulu ilə bağlı qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003-Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir”,- məlumatda bildirilib.

 

Şəhanə Qədirli

Tarix: 21 Avqust 2026, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin