BURADA REKLAMINIZ OLA
BİLƏR

Zahid Oruc: “Uşaq pulu" ilə bağlı kampaniya aparanların bir uşaqla belə şəkilləri yoxdur”

"İndi "uşaq pulu" mövzusu ətrafında ictimai kampaniya aparılır. "Uşaq pulu" məsələsində optimal qərara gəlmək mümkündür. Lakin ən maraqlısı odur ki, bunu o qüvvələr kampaniya şəklində edirlər".

 

Pravda.az-ın xəbərinə görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc “Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

 

Onun sözlərinə görə, amma həmin şəxslərin özlərinin bir uşaqla belə şəkilləri yoxdur: "Bu adamlar uşağa elə qayğıdan danışırlar ki, doğrusu, heyran qalıram. Gələcək dövrdə sosial problemlərin həlli ilə bağlı qərarların davamı olacaq. Hesab edirəm ki, onların dəyərləndirlməsində birlikdə iştirak etməliyik".Report

Tarix: 17 Dekabr 2019, 13:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin