BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı təxliyə edilib - YENİLƏNDİ

Rusiya Federasiyasının Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Səhhətində hər hansı problem yoxdur.

 

Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb.

 

***

 

09:30

 

Avqustun 22-də Kamçatkadakı Ploski Tolbaçik vulkanı ərazisində güclü yağışlar nəticəsində avtomobil yolunu su yuyub aparıb. Nəticədə nəqliyyat vasitələri ilə təbiət mənzərəsini görməyə gələn turistlər xarici aləmdən təcrid olunublar. Yolda dərin yarğanlar yarandığından avtomobillərin hərəkəti qeyri-mümkün olub. Sonradan turistlər bütün zəruri ləvazimatlarla təmin ediliblər.

 

"Kamçatka vulkanları" təbiət parkının ərazisində təcrid vəziyyətində qalanlar arasında Azərbaycan vətəndaşı, aparıcı və animator Tatyana Dolivets də olub.

 

Bu gün Dolivets turistlərin təxliyə olunduğunu bildirib.

 

"Fövqəladə Hallar Nazirliyinin helikopterini gözləyirik. 100-ə yaxın adam təxliyə olunur. Təşvişli gecə idi. Lakin sevimli ölkəmin sevimli vətəndaşlarının diqqəti məni çox təsirləndirdi. Azərbaycan - təşəkkür edirəm", - deyə o yazıb.

 

Oxu.az

Tarix: 23 Avqust 2026, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin