BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyevin növbəti səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq - RƏY

 

"Azərbaycan–Özbəkistan münasibətləri xalqlarımızın ortaq tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə və qarşılıqlı hörmətə əsaslanır. Dövlət başçılarımız arasında formalaşmış dostluq və etimad münasibətləri isə bu əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsində mühüm rol oynayıb. Son beş ildə dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış çoxsaylı sənədlər ikitərəfli münasibətlərin möhkəm hüquqi bazasını yaradıb".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

 

Deputat bildirib ki, Prezident İlham Əliyevin Özbəkistana növbəti səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır:

 

"Səfərin siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə yeni imkanlar açacağı gözlənilir. Xüsusilə, qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması, tranzit imkanlarının genişləndirilməsi və yaşıl enerji layihələri əməkdaşlığımızın perspektivli istiqamətləridir. Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların sürətlə artması bu münasibətlərin praktiki nəticələrini də nümayiş etdirir. Eyni zamanda, mədəni-humanitar sahədə həyata keçirilən layihələr xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir. Hesab edirəm ki, Prezident İlham Əliyevin növbəti səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq. Səfər çərçivəsində əldə olunacaq yeni razılaşmalar və imzalanacaq sənədlər strateji tərəfdaşlığımızı daha da dərinləşdirəcək, iki ölkənin və xalqlarımızın qarşılıqlı maraqlarına xidmət edən yeni layihələrin həyata keçirilməsinə mühüm təkan verəcək".

 

Aytəkin Qardaşova

Tarix: 23 Avqust 2026, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin