"Qürurverici məqam budur ki, ortaq tarixə, soykökə, mədəniyyətə, dilə və dinə xas iki xalq arasında nəsildən-nəslə ötürülən dostluğun və qardaşlığın qırılmadığının, əksinə, daha da möhkəmləndiyinin şahidiyik. Bu möhkəm təməl hüquqi baza ilə çərçivələndiyi qədər, həm də dərin alt qatlarda xalqları bir-birinə daha da yaxınlaşdırır. Azərbaycanla Özbəkistan arasında “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə münasibətlərinin genişləndirilməsi baxımından trayektoriya müəyyənləşdirir. Qeyd edilən sənədlər münasibətlərin hüquqi və siyasi əsaslarını təmin etdiyi qədər, həm də önümüzdə yeni fürsət pəncərələri açır".
Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Politoloq xatırladıb ki, 2023-cü ildə Ali Dövlətlərarası Şura yaradılıb:
"Bununla da institusional mexanizmin daha çevik hala gəldiyinin şahidi olduq. Ardıcıl olaraq Bakıda və Daşkənddə Şuranın iclasları keçirildi. İclaslar zamanı mühüm təşəbbüslər irəli sürüldü. Qarşılıqlı fəaliyyətin səmərəli olması haqqında ortaq vizyonlar müəyyənləşdirildi və addımlar atıldı. Münasibətləri yüksək səviyyədə tutan digər mühüm amil, şübhəsiz ki, dövlət başçıları arasında olan şəxsi münasibətlərdir. Şəxsi münasibətlərin yüksək səviyyədə olduğunun nəticəsidir ki, biz intensiv səfərlərin şahidiyik. İqtisadiyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, investisiya, mədəniyyət, humanitar sahələr kimi istiqamətlər olmaqla əməkdaşlığın genişləndirilməsi baxımından ardıcıl addımlar atılır. Hesab edirəm ki, Azərbaycan və Özbəkistan üçün Orta Dəhlizin iştirakçısı olmaq münasibətlərə daha dərin məzmun qatır. Bu, xarici siyasətdə atılacaq addımların koordinasiya edilməsi və sinxron təşkil etməsi baxımından mühüm əhəmiyyət kəsb edən amildir. Bununla belə, düşünürəm ki, potensial daha genişdir. Məsələn, qarşılıqlı investisiyalar, kənd təsərrüfatı və turizm sahələri baxımından daha böyük irəliləyişlər əldə etmək olar. Bunu rəqəmsal texnologiyalar və müasir kommunikasiyanın üzərinə köçürdüyümüz zaman bu əməkdaşlıq daha da dərinləşdirilə bilər və yeni çağırışlara həm cavab verə, həm də töhfə verə bilər. Azərbaycan-Özbəkistan münasibətləri böyük coğrafiyaların birləşdirilməsinə töhfə verən münasibətlərdir. Xəzər dənizi üzü Avropa istiqamətinə açılan alternativ marşrutdur. Bu gün Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması baxımından aktorlar arasında intensiv iş aparıldığının şahidiyik. Çünki sözügedən dəhliz ticarətin əsas arteriyalarından biri olacaq. Azərbaycan-Özbəkistan münasibətləri həm də Azərbaycan-Özbəkistan və Qazaxıstan əməkdaşlığı üçün yeni imkanlar təqdim edir. Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan elektrik kabelinin Avropaya qədər uzanması regional aktorlar arasında enerji üzrə əməkdaşlığın yeni səhifələrinin açılmasına gətirib çıxaracaq. Düşünürəm ki, bu gün rəqəmsal dəhlizin formalaşdırılması əsas amillərdən biridir. Bu baxımdan optik-kabel layihəsi buna xüsusi töhfə verir. Söhbət isə klassik mənada anladığımız yükdaşmalardan getmir, həm də məlumat mübadiləsindən, çoxşaxəli əməkdaşlıqdan söhbət gedir. Şübhəsiz ki, iki ölkə münasibətlərinin dərinləşdirilməsi iki region münasibətlərinin daha intensiv xarakter almasına gətirib çıxarır, yəni Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsi iki regionu kəskin rəqabətdən mühüm investisiyalar mərkəzinə çevirməyə imkan yaradacaq. İki ölkə arasında yaradılmış Hökumətlərarası Birgə Komissiya və Birgə İnvestisiya Fondu ticari-iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əgər 2026-cı ilin ilk 6 ayının ticarət dövriyyəsi 795 milyon dolları ötübsə, bu rəqəm çox şeydən xəbər verir. Çünki göstərilən statistik göstərici atılan addımların praktiki nəticəsidir. Burada Birgə İnvestisiya Şirkətini də unutmaq olmaz. Nizamnamə kapitalı 500 milyon dollar olan bu şirkət yeni investisiya təşəbbüsləri baxımından olduqca önəmli mexanizmdir. Füzuli şəhərində salınmış “Dostluq bağı”, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı artıq göstərilən rəqəmlərin praktiki məhsulu deməkdir. Getdikcə Azərbaycan şirkətləri Özbəkistanda, Özbəkistan şirkətləri isə Azərbaycanda daha fəal iş görməyə başlayıblar. Bu isə, şübhəsiz ki, yeni iş yerlərinin açılması, cəmiyyətlərin bir-birinə inteqrasiyası deməkdir. Bu gün Azərbaycan və Özbəkistan münasibətləri tarixi olaraq yüksək səviyyəyə qalxıb, ən yüksək inkişaf mərhələsini yaşayır. Bu isə ondan xəbər verir ki, iki dövlət, iki ali rəhbər arasında olan münasibətlər cəmiyyətlərin bir-birinə yaxınlaşması ilə daha da dərinləşəcək".
Aytəkin Qardaşova
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
Ən son xəbərləri səhifəmizdən də izləyin