BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Prezidentinin Özbəkistana səfəri: Qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq...

1990-cı illərdə Azərbaycan və Özbəkistan arasında qurulan diplomatik münasibətlər hazırda ən yüksək səviyyədə, qardaşlıq müstəvisindədir. Azərbaycan və özbək xalqını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir, ortaq cəhətlərimiz çoxdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyev münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində lazım olan bütün addımları atırlar.

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

Özbəkistan–Azərbaycan siyasi münasibətləri son illərdə inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. Elə bunun göstəricisidir ki, son 5 ildə Prezident İlham Əliyev Özbəkistana 2 dövlət və 4 işgüzar səfər, Prezident Şavkat Mirziyoyev isə Azərbaycana 9 səfər edib.

 

Ölkələrarası əməkdaşlığın möhkəmləndirilməsi yönündə hüquqi baza da formalaşıb. 2024-cü ildə imzalanan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin 1-ci maddəsində qeyd olunur ki, Tərəflər uzunmüddətli əsasda müttəfiqlik münasibətləri qururlar və inkişaf etdirirlər. Ali Dövlətlərarası Şurasının yaradılması ilə əməkdaşlıq qardaşlıq, müttəfiqlik və strateji tərəfdaşlıq ruhunda daha da möhkəmləndirilib. Etibar və güvənin göstəricisi kimi, Azərbaycan və Özbəkistan bir-birilərinə qarşı yönəlmiş heç bir bloklarda və ya ittifaqlarda iştirak etməmək öhdəliyini götürüblər. Bundan əlavə, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və özbək diasporları arasında əməkdaşlıq daha da inkişaf etdirilir və problemlərin həlli üzrə birgə tədbirlərin görülür.

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

Hər iki ölkə qarşılıqlı investisiyaların təşviqi və qorunması üçün əlverişli şərait yaradıblar. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 795 milyon ABŞ dollarına çatıb, bu, 2024-cü illə müqayisədə üç dəfədən çox artım deməkdir.

 

Ölkələr regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həlli istiqamətində də birgə addımlayırlar. Qarşılıqlı etimad münasibətləri daha da möhkəmləndirir, inkişaf etdirir. Prezidentlər arasındakı qarşılıqlı etimad münasibətlərin əsas hərəkətverici amillərindən biridir.

 

Atılan hər bir addım Türk dünyasının inkişafına, tərəqqəsinə hesablanıb, Türk Dövlətləri Təşkilatının mövqeyini möhkəmləndirir.

 

Özbəkistanın Azərbaycanla münasibətlərinin dərinləşməsi Ankara–Bakı–Daşkənd əməkdaşlıq xəritəsinə töhfə verir. Azərbaycanla Özbəkistanın yaxınlaşması yalnız ikitərəfli deyil, Türkiyə ilə Mərkəzi Asiya arasında strateji körpünü möhkəmləndirir. Buraya dəniz limanı, dəmir yolları və digər nəqliyyat infrastrukturu daxildir. Azərbaycan burada mühüm həlqədir. Bir zamanlar Türk dünyasının birliyindən sadəcə danışılırdısa, tarixçilər, siyasətçilər mülahizələr yürüdürdülərsə, Prezident İlham Əliyevin liderlik bacarığı sayəsində artıq bu ölkələr arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət  Başçılarının Fövqəladə Zirvə görüşü keçiriləcək - AZƏRTAC

 

Xüsusilə 2020-ci ilin Vətən müharibəsində əldə edilən qələbə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Cənubi Qafqaz regionunda yeni reallıqların yaranması bu birliyin inkişafında xüsusi rol oynayıb. Özbəkistan, Qırğızıstan, Qazaxıstan Qarabağda quruculuq işlərinə dəstəklərini ifadə edirlər. Zəngəzur dəhlizinin açılmasından sonra bu ölkələrin Qərbə çıxış imkanları artacaq, Orta Dəhliz marşrutu inkişaf edəcək. Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın Qərbə çıxışında xüsusi mövqeyə malikdir. Okeana çıxış olmadığına görə Özbəkistanın Qərbə çıxışı Azərbaycanın logistika sistemindən keçir. Xatırlayırsınızsa, ötən il Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycanın “C5” formatına tamhüquqlu iştirakı qəbul edildi. Bununla faktiki olaraq C5-dən C6 formatına keçid baş verdi. Azərbaycanın bu formatda tamhüquqlu iştirakı ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti nümayiş etdirir.

 

Müşahidələr onu göstərir ki, Türk dünyası tarixdə heç vaxt olmadığı qədər yaxındır, güclüdür.

 

İlkin Pirəli

Tarix: 23 Avqust 2026, 16:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin