BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sahibkar arvadını öldürən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qətlə yetirməkdə ittiham olunan Vüsal Bayramovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qərar dəyişdirilmədən saxlanılıb.

 

Qeyd: Ayşə Abdınova bir neçə geyim mağazasının sahibi olub.

 

Xatırlatma: Hadisə 2022-ci ilin sentyabr ayında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

 

Nizami rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, sentyabrın 2-i saat 23 radələrində Məmmədəli Şərifli küçəsində 1995-ci il təvəllüdlü Ayşə Abdınovanın öldürülməsi barədə məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1989-cu il təvəllüdlü Vüsal Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Ayşə Abdınovanın qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüsal Bayramov barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Vüsal Bayramov arvadı Ayşə Abdınovanı qəsdən öldürməkdə təqsirli bilinərək 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Kamal Məmmədov

Tarix: 24 Avqust 2026, 10:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin