BURADA REKLAMINIZ OLA
BİLƏR

Zabratda ağacların kəsilməsi ilə bağlı rəsmi açıqlama: 660 manat ziyan dəyib, hüquq mühafizə orqanlarına müraciət olunacaq - YENİLƏNDİ - 2

Yaşıllaşdırma Təsərrüfatı Birliyi Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi (Zabrat 1), yeni massiv, Mübariz İbrahimov küçəsində kəsilən ağaclarla bağlı açıqlama verib.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən heç bir ağac kəsilməyib.

 

“Müraciətdən sonra məsələ ilə bağlı akt tərtib olununub və araşdırılması üçün aidiyyati üzrə göndərilib”, - məlumatda qeyd olunub.

 

***

15:19

 

Ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat katibi İradə İbrahimova Pravda.az-ın sorğusuna cavab olaraq bildiririb ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mübariz İbrahimov küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

İradə İbrahimova: “Xəzər kimi unikal dəyərə malik sərvəti niyə  qiymətləndirə bilmirik?” Pravda.az

Araşdırma zamanı sözügedən ərazidə iki söyüd ağacının kəsildiyi və nəticədə yaşıllıqlara 660 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Təqsirkar şəxsin müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

 

***

10:50

 

Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi (Zabrat 1), yeni massiv, Mübariz İbrahimov küçəsində ağaclar kəsilib.

 

Bu barədə Pravda.az-a orada yaşayan sakinlər məlumat veriblər.

 

Bildirilib ki, hadisə 2 gün öncə baş verib.

 

Ağacları Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşlarının kəsdiyi ehtimal edilir. Amma sual yaranır ki, dövlət qurumu yaşıl, qurumayan ağacı nə üçün kəsməlidir?

 

Pravda.az faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb.

Fotoları təqdim edirik
Tarix: 24 Avqust 2026, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin