BURADA REKLAMINIZ OLA
BİLƏR

Əbədi dostluq haqqında Müqavilə real mövcudluğun sadəcə sənədə köçürülməsidir - RƏY

“Azərbaycan və Özbəkistan Türk Dünyasının ayrılmaz bir hissəsidir. Bizim dostluğumuz tarixdən gəlir, bir kökdən, bir mədəniyyətdən, bir düşüncədənik. Həmişə Azərbaycan və özbək xalqları arasında möhkəm dostluq olub. İki ölkə arasında imzalanan Əbədi dostluq haqqında Müqavilə əslində real mövcudluğun sadəcə sənədə köçürülməsidir. Cənab Prezidentimizin dost, qardaş ölkəyə səfəri əlaqələrimizin nə qədər dərin, geniş və əhatəli olduğundan, bu münasibətlərdə hər iki dövlətin böyük maraq göstərdiyindən xəbər verir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

Deputat bildirib ki, Azərbaycanın Özbəkistan iqtisadiyyatına investisiyaları, ayrı-ayrı iqtisadi layihələrin təşəbbüskarı olması bizim dostluğumuzun nümunəsidir: “Eyni zamanda özbək şirkətləri də Azərbaycana böyük maraq göstərirlər. Birincilərdən olan Özbəkistan işğal azad olunmuş ərazilərdə öz hesabına orta məktəb tikdi. Füzulidə yerləşən Mirzə Uluqbəy adına orta məktəb direktorunun da cənab Prezidentin Özbəkistan səfərinin nümayəndə heyətinin tərkibində olması bu dostluğun növbəti göstəricisi oldu. Bundan sonra da əlaqələrimiz genişlənəcək. Bütün sahələrdə birlikdə, yanaşı olacağıq. Həmişə sevincimiz bir olacaq. Hər hansı problemə qarşı mütləq birgə mübarizə aparacağıq. Azərbaycan öz tərəfindən bu münasibəti göstərir. Özbəkistan da Azərbaycanla dostluğa, qardaşlığa səmimiyyətini həmişə nümayiş etdirib. Cənab Prezidentin səfəri də bunu bir daha təsdiqlədi”.

 

Aytəkin Qardaşova

Tarix: 24 Avqust 2026, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin