BURADA REKLAMINIZ OLA
BİLƏR

İntihar etdiyi deyilən kişi qətlə yetirilibmiş - həyat yoldaşı saxlanıldı

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

 

Məlumata görə, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, N.Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

 

A. Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırma davam etdirilir.APA

Tarix: 24 Avqust 2026, 13:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin