BURADA REKLAMINIZ OLA
BİLƏR

“Layihələrin təqdim olunması Özbəkistan və Azərbaycan iqtisadiyyatının dəstəklənməsinə imkan yaradacaq” - RƏY

“Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti artıq on beş layihənin maliyyələşdirilməsi və təmin edilməsi ilə bağlı qərar qəbul edib. Bu istiqamətdə 350 milyon dollardan artıq vəsaitin ayrılması reallaşıb. Nəticə etibarilə, bu, bir tərəfdən Özbəkistan iqtisadiyyatına xüsusi töhfədir. Eyni zamanda iki ölkə arasında münasibətlərin dərinləşməsinə, Azərbaycan sərmayəsinin iqtisadiyyatda payının artmasına gətirib çıxaracaq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti tərəfindən maliyyələşdirilən layihələr Azərbaycan sahibkarlarının təqdim etdikləri ideyalardır: “Bunlar Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti tərəfindən dəstəklənib. Eləcə də Özbəkistan iqtisadiyyatında altı istiqamət üzrə vəsaitin ayrılması reallaşıb. Bu, təbii ki, iki ölkə arasında iqtisadiyyatın dərinləşməsi üçün yeni perspektivlərə yol açır. Həm Özbəkistan, həm də Azərbaycan sahibkarlarının birgə investisiya layihələrindən faydalanmalarına imkan yaradır. Gözlənilir ki, bütövlükdə  Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin  nizamnamə kapitalında da artımlar olacaq. Çünki nəticə etibarilə, daha çox layihələrin təqdim olunması bütövlükdə hər iki ölkənin iqtisadiyyatının daha yaxından dəstəklənməsinə imkan yaradacaq”.

 

Aytəkin Qardaşova

Tarix: 24 Avqust 2026, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin