BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyx Əbdül: “Artıq dünyadan Turanın qoxusu gəlir”

“Bu, tarixin dönüş, qayıdış məqamıdır. Su gələn arxa bir də gəlir. Min illər günçıxan, günbatan hakimiyyət olan Turan türk dövlətləri, xalqları yenidən bir araya gəlirlər. Bu, ilahi qismətimizdir. Hər şeyi dil ilə əlifba birləşdirir. Cənab Prezidentimiz o zaman ortaq əlifbamızla bağlı çox gözəl təşəbbüs qaldırmışdı. Çox arzusundayam və gündəmə gətirirəm, ziyalı kimi aidiyyatı dövlət strukturlarından xahiş edirəm ki, çox ciddi surətdə təşkilati məsələlərin önündə gedəcək ortaq əlifbamızı yaratsınlar. Bu, artıq zəncirvari qırılmaz tellərlə beş ölkə, respublikanı bir-birinə bağlamaqdır. Pakistanlı qardaşlarımızın da bizə qoşulması artıq uzaq, gələcək böyük uğurlu planlardan xəbər verir”.

 

Bu sözləri Pravda.az-a Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) deyib.

 

O qeyd edib ki, Türkiyə dünyanın hər meydanında dominantlıq edir və Azərbaycan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan da siyasi, geostrateji, iqtisadiyyat baxımından dünyanın aparıcı ölkələridirlər: “Bundan sevindirici, uğurlu, içində türk qanı gəzdirən hər bir ziyalı bu haqda danışmalıdır və təkliflər verib gündəmdə saxlamalıdır. Bu birlik dərsliyimizə də salınmalıdır, tədris edilməlidir. Bunu istəməyən daxili və xarici qüvvələr var. Zaman-zaman bizə düşmən olan, parçalayan, ayıran xalqlar, dövlətlər var və onlar hələ də birləşməyimizi istəmirlər. Müdaxilə edənlərə, yolunu azmışlara isə indidən yazığım gəlir. Onlar başa düşməlidirlər ki, heç nəyə nail ola bilməzlər. Özbəkistanda görüşdə olanda da çıxışımda demişdim ki, əziz qan, dil qardaşlarımız, artıq dünyadan Turanın qoxusu gəlir. Turan qoxusu aləmə yayıldıqca düşmənlərimizin təxribatları da güclənir, başqa maneələr çıxarmağa çalışacaqlar, amma yol birdir, haqq, ədalət, birlik yoludur. Bu iki dövlətin deyil, 6 dövlətin birliyidir. Turanda birləşən dövlətlər və Pakistan həm din, həm də qan qardaşlarıyıq. Bu, müqəddəs başlanğıcdır”.

 

Şəhanə Qədirli

Tarix: 24 Avqust 2026, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin