Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Rəcəb Ağamalıyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, dövlət ittihamçısı ağır xəsarət yetirən məhkumun cəzasının şərti tətbiq edilməsinə etiraz edib.
Kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin 5 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni apellyasiya baxışının təyin olunması xahiş edilib.
Protestdə qeyd olunub ki, apellyasiya instansiyası məhkəməsi məhkumun cəzasının şərti tətbiq edilməsini məqsədəmüvafiq hesab edib.
Məhkəmə bu nəticəyə gələrkən Rəcəb Ağamalıyevin himayəsində, ikisi yetkinlik yaşına çatmayan olmaqla, üç uşağının olmasını, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ondan hər hansı şikayət və tələbinin olmamasını nəzərə alıb. Həmçinin məhkəmə tərəfindən cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyi, mübahisənin qarşı tərəfin təşəbbüsü ilə başladığı və hadisə zamanı məhkumun 8 bıçaq xəsarəti aldığı da nəzərə alınıb.
Bu hallara əsasən apellyasiya məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edib.
Lakin dövlət ittihamçısı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayıb. Kassasiya protestində bildirilib ki, apellyasiya instansiyası tərəfindən məsuliyyəti yüngülləşdirən hallar düzgün müəyyən edilməyib və buna görə də qəbul edilmiş qərar əsassızdır. Protestdə xüsusilə Rəcəb Ağamalıyevin müsbət xarakterizə olunmasının cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsinə etiraz edilib.
Dövlət ittihamçısı Sumqayıt Apellyasiya Məhkəməsinin 5 noyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edib.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
İttihama görə, Rəcəb Ağamalıyev qardaşı Hafizin mübahisə etdiyi şəxslərlə dava edərkən onlardan birinə bıçaqla zərbə endirib. Hadisə zamanı özü də ölümcül xəsarət alıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisədən üç gün əvvəl qardaşı Hafiz Ağamalıyev ilə zərərçəkmiş Nuhbala Səmədov (soyadı şərtidir) arasında mübahisə baş verib. Buna səbəb məhəllədə bir-birlərinə yol verməmək olub. Onlar avtomobili bir-birinin üzərinə də sürüblər.
Hadisədən sonra zərərçəkmiş şəxs və tanışları məsələni "həll" etmək üçün onların evinə gəliblər. Qardaşı ilə mübahisə etməyə davam ediblər. Rəcəb Ağamalıyevin sözlərinə görə, hadisə zaman onu və atasını da döyüblər: "Evin qarşısında toplaşmalarının səbəbini soruşdum. 3 nəfər beysbol taxtaları ilə vurmağa başladı. Mənə 17 bıçaq zərbəsi vurulub. 4 gün komada qalmışam. Atamın evinə basqın edilib. Döyülüb, bıçaq zərbəsi vurulub. Mən heç kimə bıçaqla xəsarət yetirməmişəm. Məni vuranlar Miran, onun qardaşı Nuhbala və bibisi oğlu Bəhruz olub".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəcəb Ağamalıyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ona şərti cəza verilib və azadlığa buraxılıb.
Qeyd: Hadisə ilə bağlı Rəcəbi, qardaşını və atasını döyən şəxslər barəsində ayrıca cinayət işi açılıb. Həmin şəxslər daha ağır cəza alıblar. Onlara 8-15 il müddətinə azadlıqdan məhrumetmə cəzaları təyin edilib.
Kamal Məmmədov
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
Ən son xəbərləri səhifəmizdən də izləyin