BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda ərini xəyanətə görə öldürmək istəyən qadın kassasiya şikayəti verdi

Bakıda ərini qətlə yetirməkdə cəhddə təqsirli bilinən Aynur Nağıyevanın barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Qeyd: Hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

 

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə ərinə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 

Aynur Nağıyeva məhkəmə ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. O deyib ki, dəfələrlə ərinin xəyanətini, başqa qadınlarla danışığını tutub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

 

Əminə Bayramova

 

 

 

 

 

 

 

 

Tarix: 25 Avqust 2026, 10:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin