“Özbəkistanın ilk kulinariya təşkilatını Azərbaycan, biz yaratdıq. O zaman Özbəkistanın ticarət naziri və Daşkənd şəhərinin meri mənimlə tanış olmaq üçün Azərbaycana gəldilər. Özbəkistanın ilk Kulinariya Assosassiyası tərəfimizdən yaradıldı. Daha sonra üzvlərinin formalaşdırılması, ilk komandalarla treninqləri həyata keçirdik. Özbəkistanın dünya təşkilatına üzv olmağı da Azərbaycanın zəhməti idi. İngiltərədən və Maltadan ekspertləri dəvət etdik və özümüz də ekspert kimi getdik. Özbəkistanın Dünya Kulinariya Təşkilatına üzv olmasına nail olduq. Özbəksitanın Dünya İslam Kulinariya Təşkilatında yerini yenə biz müəyyənləşdirdik, onlara kömək olduq, dəstək verdik. Bu günə kimi də böyük əlaqələrimiz var, işləyirik”.
Bu sözləri Pravda.az-a Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov deyib.
O qeyd edib ki, Özbəkistanın məşhur kulinarları Azərbaycanda treninq keçiblər, kabab bişirməyi öyrəniblər: “Hazırda Azərbaycan kabablarını orada tədris belə edirlər. Özbəkistanda bir çox restoranlarımız var. Azərbaycan mətbəxi orada çox böyük həvəslə və sevgi ilə qəbul olunur. Eynilə biz özbək plovlarını çox xoşlayırıq. Kulinariya sahəsində əlaqələrimiz güclü inkişaf edir. Vaxtilə Özbəkistanın bizim dəstəyimiz üçün minnətdarlıq məktubu da oldu. Orada keçirilən tədbirlərə qatılırıq, tədbirlərin başında dururuq. Eynilə onlar da Azərbaycandakı tədbirlərə qatılır. Mən Özbəkistanda keçirilən yarışlarda münsiflər heyətinin sədri idimsə, Özbəkistan nümayəndəsi də Qəbələ Mürəbbə Festivalında münsiflərə sədrlik edirdi. Bu əlaqələr genişdir və qədimdən davam edir. Hazırda nəzərdə tutduğumuz yeni layihəmiz də var. Özbəkistan mətbəxində hazırlanan plov YUNESKO-ya özbək mətbəxinin nümunəsi kimi daxil edilib. Çəkisi 7 ton 360 kq olan özbək plovu “Ginnesin Rekordlar Kitabı”na salınıb və orada ekspertlərdən biri də mən idim”.
T.Əmiraslanov bildirib ki, Özbəkistanın çox yaxşı mətbəxi var və Azərbaycan ilə özbək mətbəxi arasında hər oxşarlıqlar, həm də fərqlər mövcuddur: “Hər iki mətbəx türk mətbəxinin bir parçasıdır. Linqivistik dil tərəfindən bir çox xörəklərin adları bir-birinə oxşayır və bir çox xörəklərimizin də oxşarlıqları var. Özbəkistan plovları daha çox köçəri plovlarıdır. Çünki köç gedəndə çox qazanc götürə bilmirdilər, ona görə hər şey bir qazanda bişirdi və bütün tərkibləri bir qazanın içərisinə qoyurdular və onda özbək tipli plovlar alınır. Bizim plovlar dənəvər formada ayrıca bişirilir. Səmərqənd, Buxara mətbəxinə baxılsa, Azərbaycan mətbəxinə oxşar bir çox xörəklər var. Əmir Teymur Azərbaycanı istila etdikdən sonra təkcə ustaları deyil, həmçinin aşbazları da aparmışdı və həmin xörəklər özbək mətbəxinə daxil oldular. Bu, çox qədim tarixdir. Məsələn, biz “Mastava” şorbası deyirik, onlar “Mastaba” şorbası hazırlayırlar. Əriştə, dolmalarımız orada bişir. Onlar da təndirdən istifadə edirlər, bizim də təndir xörəklərimiz var. Məsləhətlərimizi onlardan əsirgəmirik. Azərbaycan mətbəxində XVI – XVII əsrdə loğman olub. Özbək mətbəxində də lağman (loğman) məşhurdur, uzun spagetti bənzəri əriştələrdən hazırlayırlar. Bizim çox gözəl yarpaq xəngəl yeməyimiz var. Özbəkistanda da buna beşbarpaq (və ya “bəşbarmoq”) deyirlər. Orta Asiyada bizdən fərqli olaraq üzərinə at, mal əti və s. də qoya bilirlər. Müxtəlif regionlarda müxtəlif formada təqdim edilir. Azərbaycanda isə ət qiyməsindən istifadə edilir və ya digər bölgələrimizdə müxtəlif qaralarla verilir. Özbəkistan böyük və gözəl mətbəx mədəniyyətinə malikdir. Türk mətbəxinin tərkib hissələridir və Azərbaycan mətbəxinə oxşarlıqları çoxdur. Fərqliliklər də olduğu üçün çox böyük maraq kəsb edir”.
Şəhanə Qədirli
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
Ən son xəbərləri səhifəmizdən də izləyin