Sosial şəbəkələrdə kiminsə uğurlu layihəsi, inkişafı və ya əldə etdiyi nəticə paylaşıldıqda müsbət rəylərlə yanaşı, kifayət qədər təhqir və mənfi münasibətlərlə də qarşılaşırıq. Bu cür hallar isə istifadəçilər arasında “potensialı olmayanlar, bəzi kasıblar paxıl olur” fikrini aktuallaşdırıb.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən psixoloq Zeynəb Eyyubovanın sözlərinə görə, bunun arxasında bir neçə psixoloji səbəb dayana bilər.

O bildirib ki, hər mənfi şərhi yanlız “paxıllıq” kimi qiymətləndirmək düzgün deyil: “Bəzən insan özünü başqası ilə müqayisə edir və qarşı tərəfin uğuru onda öz həyatı ilə bağlı narazılıq, yetərsizlik və ya geridə qalmaq hissi yaradır. Bu zaman həmin emosiyanı sağlam şəkildə emal etmək əvəzinə, insan uğur qazanan şəxsi aşağılayaraq özünü psixoloji olaraq daha yaxşı hiss etməyə çalışa bilər. Burada sosial müqayisə mexanizmi də böyük rol oynayır. İnsanlar xüsusilə sosial şəbəkələrdə başqalarının həyatının əsasən “uğurlu tərəflərini” gördükləri üçün özlərini onlarla müqayisə edə bilirlər. Amma unudurlar ki, sosial mediada gördüyümüz görüntü bütöv həyat deyil, seçilmiş bir hissədir. Digər mühüm məqam anonimlikdir. İnsan real həyatda üzbəüz deməyə çəkinəcəyi sözləri sosial şəbəkədə daha asan yaza bilir. Çünki qarşısındakı insanın emosional reaksiyasını birbaşa görmür. Bu da aqressiv davranışın qarşısındakı psixoloji maneələri azaldır. Bəzən isə təhqirin səbəbi həqiqətən də paxıllıq və ya qısqanclıq ola bilər. İnsan qarşı tərəfdə özündə arzuladığı, lakin əldə edə bilmədiyi bir xüsusiyyəti, imkanı və ya uğuru gördükdə mənfi reaksiya verə bilər. Məsələn, “mən niyə bunu edə bilmədim?” sualı insanın daxilində narahatlıq yarada bilər və bu narahatlıq bəzən qarşı tərəfə yönəlmiş aqressiya şəklində ifadə olunur”.
Psixoloq qeyd edib ki, bu məsələdə potensialı olmayanların və ya bəzi kasıbların paxıl olması fikirlərini səsləndirənlərlə razı deyil: “Paxıllıq və aqressiya sosial və maddi statusla birbaşa ölçülən xüsusiyyətlər deyil. Maddi imkanları yüksək olan insan da paxıllıq edə bilər, çox sadə həyat yaşayan insan da başqasının uğuruna səmimi şəkildə sevinə bilər. Burada daha çox insanın özünə münasibəti, özünə dəyəri, emosiyalarını idarə etmək bacarığı və başqalarının uğurunu necə qəbul etməsi əhəmiyyətlidir. Əslində, sağlam psixoloji mövqedə olan insan başqasının uğurunu öz uğursuzluğu kimi qəbul etmir. “O bacardısa, deməli, mən bacarmadım” düşüncəsi əvəzinə, “onun uğuru onun yoludur, mənim yolum isə başqadır” deyə bilir. Ona görə də sosial şəbəkələrdə belə şərhlərlə qarşılaşan insan üçün ən vacib məsələ hər deyilən sözü özünə dəyər göstəricisi kimi qəbul etməməkdir. Bəzən yazılan təhqir sizin haqqınızda deyil, onu yazan insanın öz daxili vəziyyəti haqqında daha çox məlumat verir. Düşünürəm ki, cəmiyyət olaraq da uğurlu insanı aşağı çəkmək əvəzinə, uğuru normal və təbii bir hadisə kimi qəbul etməyi öyrənməliyik. Başqasının uğuru bizim dəyərimizi azaltmır”.
Şəhanə Qədirli
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
Ən son xəbərləri səhifəmizdən də izləyin