BURADA REKLAMINIZ OLA
BİLƏR

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ilə bağlı VACİB XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

 

Bu barədə Pravda.az-a nazirlikdən məlumat verilib.

 

Bildirilib ki, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

 

Bundan əvvəl avqustun 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, avqustun 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları ödənilib.

Tarix: 25 Avqust 2026, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin