Məktəb çantasının düzgün seçilməsi həm uşağın sağlamlığı, həm də gündəlik ehtiyaclarını rahat daşıması baxımından olduqca vacibdir. Həddindən artıq ağır çanta uşağın onurğa və dayaq-hərəkət sisteminə mənfi təsir göstərə bilər.
Pravda.az məktəb çantası seçərkən və istifadə edərkən nələrə diqqət etmək lazım olduğunu təqdim edir:
Kitab və dəftərlərlə dolu ağır çantaları hər gün daşımaq uşaqlar üçün ciddi yükə çevrilə bilər. Xüsusilə əzələ-skelet sistemi hələ tam formalaşmamış uşaqların ağır çanta daşıması gələcəkdə bel və onurğa problemlərinə səbəb ola bilər.
Uşağın daşıdığı məktəb çantasının çəkisi onun bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Məsələn, 40 kiloqram ağırlığında olan uşağın çantası 4 kiloqramdan ağır olmamalıdır. Yaş və sinifdən asılı olaraq bəzi məktəb çantalarının çəkisi 10-15 kiloqrama qədər yüksələ bilir. Bu isə uşağın sağlamlığı üçün arzuolunan deyil.
Ağır çanta bel ağrılarına səbəb ola bilər
Araşdırmalara görə, ağır çanta daşıyan uşaqlarda yaş artdıqca bel ağrılarının yaranma ehtimalı da yüksəlir.
Əslində müəyyən ağırlığa malik bel çantası uşağın əzələ və sümüklərinin möhkəmlənməsinə kömək edə bilər. Burada əsas məsələ çantanın çəkisinin nəzarətdə saxlanılmasıdır. Çantanın çəkisi üçün yuxarı hədd 15 faiz kimi göstərilsə də, uşağın çiyinlərində bədən çəkisinin 10 faizindən artıq yük daşımaması tövsiyə olunur.
Çantanın necə daşınması da önəmlidir
Çantanın yalnız çəkisi deyil, onun necə daşınması da onurğa sağlamlığına təsir edir. Çantanın çəkisi uşağın bədən çəkisinin 20 faizindən çox olduqda bel yırtığı riski artır. Bundan əlavə, uzun məsafə yerimək, pilləkən qalxıb-enmək və yoxuşlarda hərəkət etmək çantanın bədənə təsirini daha da artırır.
Çanta hər iki çiyinə taxılmalı və yük bədənə mümkün qədər bərabər paylanmalıdır. Valideynlər ilk istifadədə çantanın qayışlarını uşağın bədəninə uyğun şəkildə tənzimləməlidirlər. Uşağın çantanı rahat daşıdığından, ağrı və narahatlıq hiss etmədiyindən, çiyin və bel qayışlarının bədənini düzgün əhatə etdiyindən əmin olmaq lazımdır.
Uşağa ağır əşyaları qaldırarkən və daşıyarkən irəli əyilməmək, ayaq əzələlərindən istifadə etmək və yükü bədənə yaxın saxlamaq öyrədilməlidir. Valideynlər də bu qaydalara özləri əməl etməlidirlər ki, uşaqlar düzgün davranışı nümunə götürsünlər.
Sağlam məktəb çantası necə olmalıdır?
Yüngül materiallardan hazırlanmış çantalara üstünlük verin.
Çantanın hər iki çiyin üçün təxminən 5 sm enində, yumşaq dəstəklə təmin olunmuş iki qayışı olmalıdır.
Bel nahiyəsini dəstəkləyən yumşaq yastıqcıqlı modellər seçin.
Çantanın müxtəlif bölmələri və cibləri olması əşyaların çəkisini daha düzgün bölüşdürməyə imkan verir.
Çantanın omba və çanaq nahiyəsini əhatə edən bel qayışının olması yükün bir hissəsini çiyinlərdən götürür.
Təkərli çantalar bədənə düşən yükü azalda bilər.
Çantanın ən geniş və ən çox əşyanın yerləşdirildiyi əsas hissəsi uşağın bel səviyyəsində olmalıdır. Çiyin və bel qayışları buna uyğun tənzimlənməlidir.
Bel dəstəyi uşağın bel əyriliyini düzgün şəkildə əhatə etməlidir.
Ağır elektron cihazlar üçün ayrıca çantadan istifadə etmək də mümkündür.
Məktəb çantasından istifadə edərkən bunlara diqqət edin
Çanta həmişə iki çiyində daşınmalıdır.
Ağır əşyalar bədənə yaxın və bir qədər aşağı hissədə yerləşdirilməlidir.
Ucu iti əşyaları çantanın uşağın belinə və kürəyinə yaxın hissəsinə qoymaq olmaz.
Çanta kürəyə ayaq əzələlərindən istifadə etməklə qaldırılmalıdır.
Çantanı taxarkən qollar düz saxlanmalı və bədən önə əyilməməlidir.
Uşaq çanta ilə yeriyərkən gövdəsini önə əyməməlidir.
Düzgün seçilmiş və düzgün istifadə olunan məktəb çantası uşağın onurğasına düşən yükü azaltmağa və gündəlik hərəkətlər zamanı daha rahat olmasına kömək edə bilər. Buna görə çanta alarkən yalnız görünüşünə deyil, çəkisinə, ölçüsünə, qayışlarına və uşağın bədən quruluşuna uyğunluğuna da diqqət yetirmək vacibdir.
Əminə Bayramova
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
Ən son xəbərləri səhifəmizdən də izləyin