BURADA REKLAMINIZ OLA
BİLƏR

Yay ayları niyə tez keçir?

Zamanı necə hiss etməyimiz yaşadığımız hadisələrdən və onların psixologiyamıza təsirindən asılıdır.

 

Pravda.az xatırladır ki, yayın digər fəsillərdən daha tez keçdiyini düşünməyimizin səbəbi, bu aylarda daha çox istirahət etməyimiz, sosiallaşmağımız və özümüzü daha sərbəst hiss etməyimizlə bağlı ola bilər. İnsan rahat və zövq aldığı zamanlarda diqqətini zamana deyil, yaşadığı ana yönəldir. Bu səbəbdən saatlar və günlər sanki daha sürətlə keçir.

 

Lakin yay hər kəs üçün eyni hisslərlə yaşan mır. Xüsusilə imtahan, nəticə və gələcəklə bağlı qərarlar gözləyən uşaqlar və gənclər üçün yay ayları heç də qısa görünməyə bilər. Stress və qeyri-müəyyənlik davam etdikcə insanın zaman qavrayışı da dəyişir və günlər daha uzun hiss olunur.

 

Mütəxəssis bildirir ki, sağlamlıq, iş, təhsil və ya münasibətlərdə yaşanan problemlər də zamanın “keçmədiyi” hissini yarada bilər. Əksinə, sakit və xoş günlər, səyahətlər, görüşlər və sosial fəaliyyətlər yayın daha sürətli keçdiyi təəssüratını yaradır.

 

Beləliklə, yayın tez və ya yavaş keçməsi əslində fəsildən çox, yaşadığımız hadisələr və onları psixoloji olaraq necə qəbul etdiyimizlə bağlıdır.

 

Əminə Bayramova

Tarix: 25 Avqust 2026, 17:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin