BURADA REKLAMINIZ OLA
BİLƏR

Küncüt qlütensiz qidalananlar üçün uyğundurmu?

Küncütün özündə təbii olaraq qlüten yoxdur. Bu səbəbdən saf və qatqısız küncüt qlütensiz qidalanan insanlar üçün uyğun hesab olunur. Küncütdən hazırlanan sadə tahin də qlütensizdir.

 

Pravda.az bildirir ki, istehsal və qablaşdırma zamanı küncütün buğda, arpa və çovdar kimi qlüten tərkibli məhsullarla təmas etməsi mümkündür.

 

Küncütlü hər məhsulun qlütensiz olduğunu düşünmək olmaz. Məsələn, küncütlü simit, çörək və kraker adətən buğda unu ilə hazırlandığı üçün qlüten ehtiva edir. Tahin, tahin halvası və müxtəlif souslarda isə istifadə olunan əlavə inqrediyentlərə görə qlüten ola bilər.

 

Buna görə qlütensiz qidalanan şəxslər küncüt və küncüt məhsulları alarkən məhsulun tərkibini diqqətlə yoxlamalıdır.

 

Əminə Bayramova

Tarix: 25 Avqust 2026, 17:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin