BURADA REKLAMINIZ OLA
BİLƏR

Dəfnə yarpağını evdə düzgün qurutmağın üsulları

Dəfnə yarpağını evdə qurutmaq üçün ən sadə üsullardan biri onu kölgəli, quru və yaxşı havalanan yerdə saxlamaqdır.

 

Pravda.az bildirir ki, yarpaqları təmiz parça və ya kağız dəsmal üzərinə bir-birinin üstünə düşməyəcək formada düzmək və vaxtaşırı çevirmək lazımdır.

 

Qurutmadan əvvəl saralmış, qaralmış, deşik və ya zədələnmiş yarpaqlar ayrılmalıdır. Yarpaqlar yuyulubsa, üzərində su qalmaması üçün tam qurudulmalıdır. Birbaşa günəş işığı isə yarpağın rəngini və ətrini zəiflədə bilər.

 

Daha sürətli üsul kimi sobada qurutmadan da istifadə etmək mümkündür. Bunun üçün yarpaqlar yağlı kağız sərilmiş soba sinisinə tək qat halında düzülür və soba mümkün qədər aşağı temperaturda işlədilir. Yarpaqlar nazik olduğu üçün proses zamanı onları tez-tez yoxlamaq lazımdır.

 

Qurudulmuş dəfnə yarpaqları tam soyuduqdan sonra qapaqlı şüşə qabda, işıq və nəmdən uzaq, sərin yerdə saxlanmalıdır. Yarpaqların tam quruduğuna əmin olmaq vacibdir, qabda nəmlik, kif və ya xoşagəlməz qoxu yaranarsa, istifadə edilməməlidir.

 

Əminə Bayramova

Tarix: 25 Avqust 2026, 17:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin