Nərimanov Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Cavidan Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Cavidan Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.
İttihama əsasən, təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edib.
İş üzrə ilk epizod avtomobil satışı ilə bağlı olub.
Belə ki, Cavidan Cəfərov zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus “Mercedes-Benz M-Class ML 250 BlueTEC 4MATIC” markalı avtomobili 55 000 manata əlverişli qiymətə sataraq əldə olunan vəsaiti sərmayə kimi istifadə edəcəyini bildirib. O, avtomobilin pulunu bir ay müddətində 57 000 manat məbləğində qaytaracağına dair zərərçəkmiş şəxsə yalan vəd verib.
Daha sonra “Mobil notariat” tətbiqi vasitəsilə maşına dair etibarnamə əldə edən təqsirləndirilən şəxs həmin gün avtomobili S.S.-dən təhvil alıb.
Növbəti gün isə avtomobili Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən “ASAN xidmət” mərkəzində 31 000 manata başqa şəxsə satıb.
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi vədinə inandırmaq məqsədilə ona ilkin ödəniş kimi 10 000 manat verib. Avtomobilin satışından əldə etdiyi vəsaitin qalan hissəsini isə öz şəxsi ehtiyaclarına sərf edib.
Nəticədə zərərçəkmiş şəxsə 45 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.
Bundan başqa, Cavidan Cəfərov İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin Daxili nəzarət şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən istifadə etməklə digər şəxsi də aldadıb.
Belə ki, o, özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edərək başqa şəxsin etibarından sui-istifadə edib.
Təqsirləndirilən şəxs D.D.-nin (adı, soyadı şərtidir) qohumuna məxsus Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən şirniyyat mağazasına Dövlət Vergi Xidmətindən təsərrüfat subyekti kimi obyekt kodu və kassa aparatı verilməsini, obyektin işçilərinin isə müvafiq xidmət sistemində qeydiyyata alınmasını təşkil edəcəyini vəd edib.
Eyni zamanda D.D. ilə müştərək fəaliyyət göstərən şəxsin 46 800 manat məbləğində vergi borcunu sildirəcəyini bildirib. Cavidan bu vədlərlə həmin şəxsdən ayrı-ayrı vaxtlarda, vahid niyyət çərçivəsində ümumilikdə 30 000 manat pul alınıb.
Cavidan Cəfərov pul vəsaitlərinin bir hissəsini atasının, bir hissəsi bacısının, digər hissəsi isə özünün bank hesabına köçürüb. Təqsirləndirilən şəxs bu vədləri yerinə yetirməyərək əldə etdiyi vəsaiti mənimsəyib.
İş üzrə daha bir epizod isə şəxsin Dövlət Vergi Xidmətində müfəttiş vəzifəsinə təyin olunması vədi ilə bağlıdır.
Belə ki, Cavidan Cəfərov özünü, o cümlədən Dövlət Vergi Xidmətinin şöbə rəisi kimi təqdim edərək zərərçəkmiş T.T.-ni (adı, soyadı şərtidir) həmin qurumda müfəttiş vəzifəsinə işə düzəldəcəyini vəd edib. Bu vədlə o, 2025-ci ildə “Mama Meri” restoranının qarşısında zərərçəkmiş şəxsdən 5 000 manat pul alaraq ələ keçirib.
Beləliklə, Cavidan Cəfərov müxtəlif epizodlar üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 80 000 manat məbləğində maddi ziyan vurub.
Bu əməllərə görə o, Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilib.
Məhkəmə iclasında Cavidan Cəfərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu bildirib.
Təqsirləndirilən şəxs həmçinin zərərçəkmiş şəxslərə dəymiş zərərin tamamilə ödənildiyini, onlarla barışdığını və hazırda heç bir şikayət və tələbinin olmadığını deyib.
Kamal Məmmədov
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin