BURADA REKLAMINIZ OLA
BİLƏR

Tikinti şirkəti tərəfindən aldadıldıqlarını iddia edirlər - VİDEO

Mənzil almaq ümidi ilə on minlərlə manat ödəsələr də tikinti aparılmır.

 

Zərərçəkmişlərin iddiasına görə, müxtəlif vaxtlarda ''Binəqədi-Park'' MMC-yə pul ödəyiblər ki, Binəqədi-Novxanı yolunda tikiləcək apartman tipli binadan mənzil sahibi olacaqlar. Onlara deyirlər ki,

 

müqavilədə tez bir zamanda binanın tikilib təhvil veriləcəyi ilə bağlı bənd də var. Amma şirkət müqavilə bağlayıb, vətəndaşlardan külli miqdarda pul alsa da tikintini aparmır.

 

Tikintinin dayanması ilə vətəndaşlar şirkət rəhbərliyinə müraciət ediblər. Zərərçəkmişlərin dediyinə görə, direktor Nazim və icraçı direktor Elvin Kazımov onlara tikintinin yaxın günlərdə davam etdiriləcəyini bildiriblər. Sakinlər isə bu vədlərin dəfələrlə təkrarlandığını və nəticədə gözləntilərinin doğrulmadığını deyirlər.

 

''Xəzər Xəbər'' olaraq şirkətin mövqeyini öyrənmək üçün ''Binəqədi- Park'' MMC-nin ofisinə də getdik. Qapını döydük, lakin ofisin bağlı olduğu məlum oldu. Şirkətin nümayəndələri ilə əlaqə saxlamaq cəhdlərimiz də nəticəsiz qaldı. Zərərçəkmişlər deyirlər ki, şirkət onlara dəymiş zərəri geri qaytarmasa hüquq-mühafizə orqanlarına müraciət edəcəklər.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 26 Avqust 2026, 01:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin