BURADA REKLAMINIZ OLA
BİLƏR

Həştərxan vilayətinin qubernatoru Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli Mehriban Arif qızı.

 

Sizə olan dərin ehtiramımı və doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

 

Sizə möhkəm cansağlığı, rifah, tükənməz enerji, xoşbəxtlik və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

 

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın möhkəmləndirilməsinə göstərdiyiniz dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

 

Əminəm ki, ikitərəfli qarşılıqlı fəaliyyət bundan sonra da uğurla inkişaf edəcək, yeni birgə təşəbbüs və layihələrin həyata keçirilməsinə imkan yaradacaq”.

Tarix: 26 Avqust 2026, 12:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin