BURADA REKLAMINIZ OLA
BİLƏR

Ər-arvad bir-birinin borcuna görə cavabdehdirmi? – Pensiyadan tutulur...

Son zamanlar banklar yeni üsula əl atıblar. Tələblərini borclunun həyat yoldaşının gəlirinə (əmlakına) yönəldirlər. Məsələn, arvadın banka borcu var, amma gəliri yoxdur. Ərinin pensiyası var. Bank icra məmurundan tələb edir ki, tələb ərin pensiyasına yönəldilsin. İcra məmuru da pensiyann yarısını  tutmağa başlayır. Bu ona görə baş verir ki, ər-arvadın nikah dövründə əldə etdiyi gəlir (əmlak) onların birgə mülkiyyəti hesab olunur. Bundan qurtulmağın bircə yolu var: hər kəsin gəlirinin (əmlakının) sırf özünə aid olduğunu təsbit edən nikah müqaviləsinin bağlanılması.”

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.

 

“Bunu hər an etmək olar. O cümlədən tələb gəlirə yönəldikdən sonra da. Yəni yuxarıda qeyd etdiyim halda ər-arvad nikah müqaviləsi bağlasa, borc artıq ərin pensiyasından tutula bilməyəcək”, - o qeyd edib.

Tarix: 26 Avqust 2026, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin