BURADA REKLAMINIZ OLA
BİLƏR

Müəllim namizədləri üçün vakansiya seçiminə başlanılır

 28 avqust saat 15:00-dan etibarən müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsinə başlanılır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq ən çoxu 4 vakant yer seçə bilərlər.

 

Bu barədə Pravda.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Vakansiya seçimi zamanı namizədlərin seçdikləri vakant yerlər üzrə elektron ərizələrini təsdiqləmələri vacibdir.

 

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 31 avqust saat 15:00-da başa çatacaq.

 

Tarix: 26 Avqust 2026, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin