“Hazırda Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetində erməni dili tədris olunur, Bakı Slavyan Universitetində də onun tədrisinin növbəti illərdə nəzərdə tutulduğu açıqlanıb. Bu, təsadüfi və emosional qərar deyil, strateji kadr hazırlığı baxımından qiymətləndirilməli olan məsələdir. Mən bu qərarı müsbət və uzaqgörən addım hesab edirəm. Çünki dilə münasibəti siyasi münasibətlə eyniləşdirmək düzgün deyil. Bir xalqla müharibə aparmaq, həmin xalqın dilini öyrənməyə maneə deyil. Əksinə, xüsusilə uzun illər münaqişə yaşamış dövlət üçün qarşı tərəfin dilini bilmək milli təhlükəsizliyin, diplomatiyanın, elmi araşdırmaların və informasiya mübarizəsinin mühüm alətlərindən biridir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova universitetlərdə erməni dilinin tədrisi ilə bağlı yaranan müzakirələrə münasibət bildirərkən deyib.
E.Akimova vurğulayıb ki, erməni dili Azərbaycan üçün sadəcə başqa bir dil deyil, bu dilin arxasında tariximizə, torpaqlarımıza, müharibəyə və ağır itkilərimizə bağlı mürəkkəb yaddaş dayanır: “Ancaq dövlət siyasətinə və milli maraqlara emosiyadan deyil, strateji düşüncədən yanaşmaq lazımdır. Mən hesab edirəm ki, erməni dilinin ali məktəblərdə öyrədilməsi tamamilə doğru və perspektivli qərardır. Düşmənin dilini öyrənmək düşmənə yaxınlaşmaq demək deyil. Əksinə, onu daha yaxşı tanımaq, onun düşüncə tərzini, informasiya məkanını, siyasi ritorikasını və cəmiyyətində baş verən prosesləri birbaşa mənbədən izləmək imkanına sahib olmaqdır. Dövlətlər münasibətlərin ən gərgin mərhələsində belə qarşı tərəfin dilini, tarixini, siyasi və ictimai mühitini öyrənən mütəxəssislərə ehtiyac duyurlar. Çünki diplomatiyada bilmədiyin dil yalnız sözləri deyil, bəzən niyyətləri də səndən gizlədir. Biz bu həqiqətin əyani nümunəsini Vətən müharibəsi zamanı gördük. Azərbaycan əsgərlərinin erməni dilini bilməsi bir sıra hallarda hərbi əməliyyatların gedişində mühüm üstünlüklər yaratdı. Qarşı tərəfin danışıqlarını, radio danışıqlarını, əmrlərini və müxtəlif məlumatlarını anlamaq, onun hansı istiqamətdə hərəkət etdiyini müəyyənləşdirmək baxımından erməni dilini bilən hərbçilərimizin hazırlığı böyük əhəmiyyət daşıyırdı. Bu faktın özü kifayətdir ki, erməni dilinin öyrənilməsini “lazımsız” hesab etməyin nə qədər yanlış yanaşma olduğunu anlayaq. Müharibə bizə bir həqiqəti çox aydın göstərdi: düşməni tanımaq üçün onun dilini bilmək də silah qədər mühüm üstünlük ola bilər”.
Deputat vurğulayıb ki, bu gün artıq başqa mərhələdir: “Azərbaycan qalib ölkədir və qarşıda duran vəzifələr təkcə hərbi qələbənin nəticələrini qorumaqdan ibarət deyil. Sülh prosesini, dövlətlərarası münasibətləri, informasiya təhlükəsizliyini, sərhəd məsələlərini, humanitar əlaqələri və regionda yeni siyasi reallıqları düzgün idarə etmək lazımdır. Bunun üçün erməni dilini bilən peşəkar kadrlara ehtiyac var. Təsəvvür edək ki, sabah Azərbaycan diplomatının qarşısında Ermənistanın dövlət qurumlarının sənədi, erməni mediasında yayılan material, sosial şəbəkələrdəki ictimai-siyasi müzakirə və ya erməni dilində aparılan danışıqlar dayanır. O, bütün bunları yalnız tərcüməçinin vasitəsilə deyil, özü də təhlil edə bilirsə, bu, Azərbaycan üçün əlavə üstünlükdür. Tərcümə edilmiş mətn sözün mənasını verə bilər, amma dilin siyasi çalarını, ifadənin emosional yükünü, kontekstdəki gizli mənanı hər zaman tam çatdırmaya bilər. Üstəlik, erməni dilinin öyrənilməsi yalnız diplomat hazırlamaq məsələsi deyil. Bu sahə tarixçi, politoloq, jurnalist, hərbçi, təhlükəsizlik mütəxəssisi, regionşünas, filoloq və informasiya analitikləri üçün də ciddi peşə alətidir. Ermənistanın daxili ictimai-siyasi proseslərini, media gündəmini, cəmiyyətin hansı mövzular ətrafında düşündüyünü və hansı ideyaların önə çəkildiyini öyrənmək istəyiriksə, bunun ən etibarlı yollarından biri həmin ölkənin dilini bilməkdir. Burada çox mühüm bir məqamı da unutmaq olmaz, dil öyrənmək mövqeyini dəyişmək deyil. Azərbaycan gəncinin erməni dilini bilməsi onun Qarabağ həqiqətlərinə münasibətini dəyişmir. Əksinə, milli mövqeyini daha peşəkar şəkildə müdafiə etmək üçün ona yeni imkan verir. Biz öz tariximizi, həqiqətlərimizi və milli maraqlarımızı başqa dillərdə dünyaya çatdırmağı bacarmalıyıq. Bunun üçün qarşı tərəfin dilini də bilmək lazımdır. Əslində, güclü dövlətin yanaşması belə olmalıdır: dostun dilini də bil, rəqibin dilini də... Çünki dil bilik olmasa da, məlumat əldə etmək, təhlil etmək və qərar qəbul etmək imkanını yaradır. Özünü qapalı informasiya məkanında saxlamaqla düşmənə qarşı daha güclü olmaq mümkün deyil. Əksinə, düşmənin nə danışdığını bilməmək bizi zəiflədir”.
E.Akimovanın sözlərinə görə, erməni dilinin üç universitetdə tədris olunması yalnız bir təhsil proqramı kimi qiymətləndirilməməlidir: “Bu, Azərbaycanın yeni regional reallıqlara uyğun kadr potensialının formalaşdırılması baxımından strateji addımdır. Qarabağda qazandığımız hərbi qələbəni siyasi, diplomatik, intellektual və informasiya üstünlüyü ilə tamamlamalıyıq. Biz düşmənin dilini öyrənməklə düşmənə xidmət etmirik. Biz öz dövlətimizə xidmət edirik. Vətən müharibəsi zamanı erməni dilini bilən əsgərlərimizin əldə etdiyi üstünlük bunun ən canlı sübutudur. Bu gün həmin təcrübədən nəticə çıxararaq erməni dilini bilən diplomatlar, analitiklər, hərbçilər, tarixçilər və digər mütəxəssislər yetişdirmək Azərbaycanın təhlükəsizlik və milli maraqlarına cavab verir. Qalib olmaq yalnız döyüş meydanında üstün gəlmək deyil. Qalib olmaq həm də qarşındakını tanımaq, onun nə düşündüyünü anlamaq, informasiya mübarizəsində ondan bir addım öndə olmaq və gələcəyin proseslərinə hazırlıqlı getməkdir. Düşmənin dilini bilmək düşmənə güzəşt deyil - dövlət üçün strateji üstünlükdür”.
Şəhanə Qədirli
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin