BURADA REKLAMINIZ OLA
BİLƏR

Pilot layihə çərçivəsində evləri sökən, amma təhvil verə bilməyən şirkətin dövlətə külli miqdarda borcu var

“N-Turan” MMC-nin dövlətə külli miqdarda borcu yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkətin 161 488 AZN vergi borcu var.

 

MMC-nin qanuni təmsilçisi Muğan Yaqub oğlu Mustafayevdir.

 

Qeyd: “N-Turan” Bakının Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən evləri 2018-ci ildə pilot layihə çərçivəsində söküb. Sakinlərə 24 ay ərzində kirayə pulları, həmçinin yeni tikiləcək binalardan mənzil veriləcəyi vəd edilib. Lakin, uzun müddət keçməsinə baxmayaraq, tikinti yarımçıq qalıb. Kirayə pulları kəsilən sakinlər iddia edirlər ki, şirkət nümayəndələri tərəfindən belə bir təhlükəli binada şəraitsiz mənzillərə köçməyə məcbur edilirlər. Onlara bildirilib ki, balkonların məhəccərləri hələ quraşdırılmayıb. Liftlər isə demək olar ki, işləmədiyindən sakinlər həm təhlükə ilə üzləşir, həm də yuxarı mərtəbələrə qalxmaqda ciddi çətinlik çəkirlər.

 

Xəyal

Tarix: 28 Avqust 2026, 09:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin