BURADA REKLAMINIZ OLA
BİLƏR

Fəxrəddin İsmayılov etimadnaməsini UNESCO-nun baş direktoruna təqdim etdi

Azərbaycanın UNESCO yanında yeni daimi nümayəndəsi Fəxrəddin İsmayılov etimadnaməsini təşkilatın baş direktoru Xalid əl-Ənaniyə təqdim edib.

 

Pravda.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

 

Fəxrəddin İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi kimi vəzifəsinin icrasına başladığını qeyd edib.

 

Qeyd edək ki, Fəxrəddin İsmayılov bu il avqustun 6-da Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Tarix: 28 Avqust 2026, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin