BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu qidalar yedikcə daha çox acdırır - Diqqətli olun!

Bəzi qidalar insanı uzun müddət tox saxlamaq əvəzinə, yeməkdən qısa müddət sonra yenidən aclıq hissi yarada bilər.

 

Pravda.az xatırladır ki, xüsusilə sadə karbohidratlarla zəngin məhsullar bu baxımdan üstünlük təşkil edir.

 

Ağ çörək, meyvə şirələri, duzlu kraker və qəlyanaltılar tez həzm olunduğu üçün aclığın daha sürətli yaranmasına səbəb ola bilər.

 

Siyahıda fast-food məhsulları, alkoqollu içkilər, bəzi Çin mətbəxi yeməkləri və suşi də yer alır. Bu qidaların tərkibindəki sadə karbohidratlar və bəzi əlavə maddələr iştahın artmasına da təsir göstərə bilir.

 

Bundan başqa, süni dadlandırıcıların da bəzi insanlarda şirin qidalara istəyin və aclıq hissinin artmasına səbəb ola bilər.

 

Qeyd: Daha uzun müddət tox qalmaq üçün qidalanmada zülal və liflə zəngin məhsullara üstünlük verilməsi tövsiyə edilir.

 

Əminə Bayramova

Tarix: 28 Avqust 2026, 18:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin