BURADA REKLAMINIZ OLA
BİLƏR

Binə qəsəbəsində sakinlər etiraza başladı - FOTO

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi 21/46-cı məhəllənin sakinləri şikayətçidir.

 

Bu barədə müraciət edən vətəndaşlar bildirib ki, təxminən 5 aydır ki, yaşadıqları binanın fasadı, damı və həyəti təmir olunur. "Neçə aydır ki, işlər ləng gedir. Aylardır işi bitirmirlər. Səbəb isə iş icraçılarının məsuliyyətsizlik etməsidir. Fəhlələrin materialı yoxdur. Vaxtında verilmir. Bəziləri isə artıq işi buraxıb."

 

Sakinlər və fəhlələr deyir ki, iş icraçıları maliyyəni azaltmaq üçün işi uzadırlar. "Aylardır ki, evimizdə normal otura bilmirik. Qonşu binalarda da təmir eyni vaxtda, eyni şirkət tərəfindən başlayıb. Artıq yekunlaşmaq üzrədir. İşi isə normal görmürlər. Biz istəyir ki, sifarişçi heç olmasa bu işlə maraqlansın. Burda özbaşnalıq baş alıb gedir."

Fotoları təqdim edirik
Tarix: 21 Avqust 2020, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin