BURADA REKLAMINIZ OLA
BİLƏR

Ərini xəyanətə görə öldürmək istəyən qadınla bağlı şikayət geri götürüldü

Ali Məhkəmədə ərini qətlə yetirməkdə cəhddə təqsirli bilinən Aynur Nağıyevanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kassasiya şikayəti geri götürülüb.
 

Qeyd: Hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

 
Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə ərinə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

 
Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

 
Aynur Nağıyeva məhkəmə ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. O deyib ki, dəfələrlə ərinin xəyanətini, başqa qadınlarla danışığını tutub.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.
  

Kamal Məmmədov 

Tarix: 31 Avqust 2026, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin