BURADA REKLAMINIZ OLA
BİLƏR

İş və şəxsi həyatda balans: Həftəni necə düzgün planlamalı?

Bazar ertəsi sindromuna son qoymaq və bütün həftəni daha məhsuldar keçirmək öz əlinizdədir.

 

Pravda.az bildirir ki, həftənin ilk günündən düzgün istifadə etmək yalnız həmin günün deyil, növbəti 7 günün də ruh halını və iş səmərəliliyini müəyyən edir.

 

İşdə və şəxsi həyatda daha uğurlu olmaq üçün həftəyə düzgün başlamağınıza kömək edəcək əsas addımları təqdim edirik:

 

Bazar günündən planlaşdırın: Həftə sonunun son saatlarında qarşıdakı günlərin görüləcək işlər siyahısını (To-Do List) hazırlamaq bazar ertəsi yaranacaq xaosun və stresin qarşısını alır.

 

Erkən oyanın və günə tələsmədən başlayın: Səhər həyəcanla və tələsik oyanmaq günün geri qalanında gərginlik yaradır. Bir qədər tez duraraq sakit bir səhər yeməyi yemək və ya qəhvənizi içmək mental olaraq günə hazırlaşmağınıza imkan verir.

 

Səhər idmanı və ya gəzinti edin: Qısa bir səhər gəzintisi, yüngül kardiolar və ya dartınma hərəkətləri qan dövranını sürətləndirərək bədənə enerji verir və diqqəti toplamağa kömək edir.

 

Ən vacib və ağır işləri ilk növbədə həll edin: Mütəxəssislər günün ilk saatlarında enerjinizin yüksək olduğunu nəzərə alaraq, təxirə salmaq istədiyiniz ən çətin tapşırıqları ilk növbədə bitirməyi məsləhət görürlər. Bu, günün qalan hissəsində böyük bir rahatlıq yaradır.

 

Su qəbuluna diqqət edin və sağlam bəslənin: Bədənin susuz qalması yorğunluğa və diqqətsizliyə səbəb olur. Səhərə bir stəkan su ilə başlamaq metabolizmanı sürətləndirir və enerji səviyyəsini yüksəldir.

 

Özünüzə mənəvi vaxt ayırın: Günə başlamazdan əvvəl bir neçə dəqiqə meditasiya etmək, kitab oxumaq və ya sadəcə sakitlikdə fikirlərinizi toplamaq zehni aydınlıq təmin edir.

 

Əminə Bayramova

 

Tarix: 1 Sentyabr 2026, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin