BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirzoyan: Rusiya Ermənistanda Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu hissələrinin bərpasının təfərrüatlarını müzakirə etməyə hazırdır

"Rusiya Ermənistan ərazisində Türkiyə və Azərbaycan sərhədlərinə aparan dəmir yolu hissələrinin bərpasının detallarını müzakirə etməyə hazırdır".

 

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib.

 

Onun sözlərinə görə, son 2-3 gün ərzində Rusiya nümayəndələrinin layihənin detalları, o cümlədən investisiyaların kim tərəfindən və hansı həcmdə yatırılacağını müzakirə etməyə hazır olduqları barədə siqnallar alıb.

 

Mirzoyan qeyd edib ki, məsələ Ermənistanın Azərbaycan və Türkiyə ilə dəmir yolu əlaqələrinin bərpasını nəzərdə tutur.

 

APA

Tarix: 31 Avqust 2026, 23:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin