BURADA REKLAMINIZ OLA
BİLƏR

Kürdəmirdə oğurladığı qızılları sataraq avtomobil alan Nazir Qasımov saxlanıldı - FOTO

Kürdəmir rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 7 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Şirvan Regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb.

 

Araşdırmalarla saxlanılan şəxsin həmin qızılları paytaxt ərazisində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqələrinin birində satdığı və əldə etdiyi pullarla avtomobil aldığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, N.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fotoları təqdim edirik
Tarix: 1 Sentyabr 2026, 11:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin