“Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkianın Bişkekdəki görüşünə sadəcə iki prezidentin növbəti görüşü kimi baxmaq düzgün olmaz. Görüşün səmimiyyəti diqqət çəkir, amma mənim üçün daha vacib olan onun arxasındakı siyasi məzmundur. Azərbaycan son dövrdə İranla bağlı məsələlərdə çox ölçülü və məsuliyyətli mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan İranın üzləşdiyi vəziyyətin sülh və danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır, eyni zamanda Azərbaycan çətin gündə qonşusuna humanitar yardım göstərdi. Pezeşkianın görüş zamanı bunu xüsusi olaraq qeyd etməsi də təsadüfi deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat hesab edir ki, siyasətdə ən qiymətli şeylərdən biri çətin zamanda kimin yanında olduğunun bilinməsidir: “Azərbaycan bunu İran məsələsində göstərdi. Bu, yalnız diplomatik jest deyil, qonşuluq və insanlıq münasibətidir. İran Prezidentinin də bunu açıq şəkildə yüksək qiymətləndirməsi münasibətlərdə qarşılıqlı etimad baxımından əhəmiyyətlidir. Digər tərəfdən, Bişkek görüşü Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısı çərçivəsində baş verir. Yəni söhbət yalnız Azərbaycan-İran münasibətlərindən getmir. Bişkekdə hazırda Çin, Rusiya, Hindistan, İran, Türkiyə və digər ölkələrin yüksək səviyyəli nümayəndələri bir araya gəlib. Azərbaycanın belə bir platformada fəal iştirakı ölkəmizin artıq yalnız Cənubi Qafqaz çərçivəsində düşünülən dövlət olmadığını göstərir. Azərbaycanın xarici siyasətində ən maraqlı məqam budur: biz müxtəlif güc mərkəzləri ilə münasibətlərimizi paralel şəkildə qoruyuruq və öz milli maraqlarımızdan çıxış edirik. Bir tərəfdən Türkiyə ilə strateji müttəfiqlik, digər tərəfdən İranla qonşuluq və əməkdaşlıq, eyni zamanda Rusiya, Çin, Mərkəzi Asiya və digər dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın diplomatik manevr imkanlarını artırır. İlham Əliyevin Pezeşkianla görüşündəki səmimiyyəti həm də bundan sonra münasibətlərin daha praktik mərhələyə keçməsi üçün yaxşı siyasi atmosfer kimi qiymətləndirirəm. Çünki Azərbaycanla İranın əməkdaşlıq üçün kifayət qədər böyük potensialı var – ticarət, nəqliyyat, enerji, sərhəd əməkdaşlığı və regionda sabitlik məsələləri”.
Razi Nurullayev xüsusi olaraq vurğulayıb: “Azərbaycan artıq beynəlxalq prosesləri kənardan izləyən ölkə deyil. Biz proseslərin içindəyik və öz mövqeyimizi ortaya qoyuruq. Bəzən Azərbaycanın rolunu yalnız ərazisinin və ya əhalisinin ölçüsü ilə qiymətləndirirlər, amma beynəlxalq siyasətdə dövlətin çəkisini yalnız coğrafiya müəyyən etmir. Siyasi iradə, etibarlılıq, təşəbbüs göstərmək və müxtəlif tərəflərlə danışa bilmək də dövlətin çəkisini formalaşdırır. Bişkekdəki görüş məhz bunun nümunələrindən biridir. Azərbaycan həm öz maraqlarını qoruyur, həm qonşusuna çətin gündə dəstək verir, həm də böyük beynəlxalq platformalarda öz sözünü deyir. Ən əsası isə prezidentlərin görüşündəki səmimiyyəti xoş bir görüntü kimi deyil, iki xalq arasında münasibətlərin normallaşması və daha da yaxınlaşması üçün siyasi imkan kimi görürəm”.
Aytəkin Qardaşova
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin