BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşdü - FOTOLAR - YENİLƏNDİ

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, çay süfrəsi arxasında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ukrayna Prezidentinin xanımı Yelena Zelenskayanı Bakıda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva qeyd etdi ki, bu səfər ölkəmizlə daha yaxından tanış olmaq üçün gözəl imkandır.

 

Yelena Zelenskaya Bakıda olmaqdan və Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşməkdən məmnunluğunu ifadə etdi.

 

Görüşdə Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparıldı.

 

 

16:15

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 17-də ölkəmizdə səfərdə olan Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı Azzərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Fotoları təqdim edirik
Tarix: 17 Dekabr 2019, 21:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin